1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:07.11.2018 13:26:02

ABŞ-ın “Business Insider” nəşri Avropa ölkələrinin ən güclü ordularının siyahısını dərc edib.

İslamazeri.com xəbər verir ki, ABŞ-ın “Business Insider” nəşri Avropa ölkələrinin ən güclü ordularının siyahısını dərc edib. Siyahıda ilk yeri Rusiya tutub.

Qeyd edilir ki, reytinq tərtib edilərkən hərbi qulluqçuların, aviasiyanın və digər texnikanın sayı, müdafiə büdcəsi, ölkənin ümumi inkişaf səviyyəsi, həmçinin əlavə göstəricilər də nəzərə alınıb.

Mütəxəssislərin fikrincə, Rusiya hərbi qulluqçularının sayı 3,5 milyon nəfərdən çoxdur, 4 mindən çox təyyarəyə, 20 mindən çox tanka, 350-dən çox gəmiyə sahibdir. Üstəlik, ölkənin müdafiə büdcəsi 47 milyard dollardır.

İkinci yerin sahibi isə Fransa ordusudur. Burada orduda 380 min nəfər qulluq edir. Fransa ordusunun 2 mindən çox təyyarəsi, 400-dən çox tankı, 100-dən çox gəmisi var, hərbi büdcəsi isə 40 milyard dollardan çoxdur.

3-cü yerdə Böyük Britaniyadır:  279 min hərbçi, 800 təyyarə, 200 tank, 70 gəmi, 50 milyard dollarlıq hərbi büdcə.

Həmçinin 10 ən güclü Avropa ölkələrini sırasına Türkiyə, Almaniya, İtaliya, İspaniya, Polşa, Yunanıstan və Ukrayna da daxildir.


Rusiya Avropanın ən güclü ordusuna sahibdir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident Xələf Xələfova yeni vəzifə verdi
    Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
     14.11.2018
    Metyu Brayza:
    O qeyd edib ki, Rusiya gələcəkdə də Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq.
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ