1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 11:32:16

Suriya ordusunun hərəkətini ləngidən İŞİD-in müdafiə istehkamları hədəfə alınaraq məhv edilib.

Rusiya Silahlı Qüvvələri ötən həftə sonundan bəri Deyr əz-Zor əyalətinin cənub-şərqində İŞİD-ə qarşı intensiv hücuma başlayıb.

İslamazeri.com "Al-MasdarNews"-a istinadla xəbər verir ki, əyalətin əl-Bukamal rayonunda terrorçuların mövqelərinə intensiv hava zərbələri endirilib, nəticədə İŞİD-in güclü müdafiə xətti ağır itkilərə məruz qalıb. Aviazərbələr nəticəsində İŞİD-in mövqeləri zəiflədikdən sonra Suriya ordusunun "Pələng qüvvələri" briqadası sürətlə irəliləyərək Məyadin-əl-Bukamal yolunda 30 kilometrlik ərazini azad edib.

İŞİD-ə qarşı təzyiqləri artırmaq üçün Rusiya aviasiyası əyalətin cənub-şərqində gecə əməliyyatlarına da başlayıb. Ötən gecə baş tutmuş aviazərbələr uğurlu nəticələnib, belə ki, İŞİD öz dağılmış müdafiə səddini bərpa etməyə macal tapmayıb. Bununla da Suriya ordusunun rahat hərəkəti üçün şərait yaranıb.

Qeyd edək ki, əl-Bukamal şəhəri ötən həftə azad edildikdən sonra şəhərin müdafiəsində problemlər yaşanıb və İŞİD əks hücumla müəyyən qədər irəliləyə bilib. Bunun ardınca Rusiya hərbi aviasiyası əməliyyata qoşularaq terrorçuları uzaqlaşdıra bilib.


Rusiya aviasiyası əl-Bukamal əməliyyatına qoşulub, İŞİD-ə ağır zərbə endirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ