Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:27.06.2022 12:45:01

Suriya Ərəb Ordusunun bölmələri Rusiya kəşfiyyat təyyarələrinin dəstəyi ilə terrorçuların sığınacaqlarını aşkar edərək, yüksək dəqiqlikli zərbələrlə məhv ediblər.

Rusiya Müdafiə Nazirliyi, Suriya ərazisində qanunsuz olaraq mövcud olan ABŞ qüvvələrinin, Homs kəndinin şərqində yerləşən Əl-Tənf bölgəsində terrorçulara təlim keçdiyini və Suriya dövlətinə qarşı terror hücumları həyata keçirmək üçün onlara dəstək verdiyini bir daha vurğulayıb.

İslamazeri.com "Parstoday"a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib:

"Amerikalıların Suriyada xarici siyasət prioritetlərini həyata keçirmək vasitələrindən biri kimi gördükləri “İŞİD” terrorçularının Tanf bölgəsində təlim keçdiyi silahlı qruplar Suriyanın mülki obyektlərinə və mülki şəxslərə, o cümlədən neft obyektlərinə hücum edir.

Səhrada aparılan əməliyyatların mürəkkəbliyinə baxmayaraq, Suriya Ərəb Ordusunun bölmələri Rusiya kəşfiyyat təyyarələrinin dəstəyi ilə, terrorçuların sığınacaqlarını aşkar edərək, yüksək dəqiqlikli zərbələrlə məhv ediblər".

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələri 2015-ci ilin sentyabrından Suriya Respublikasının müraciəti əsasında Suriya Ərəb Ordusunun terror təşkilatlarına qarşı mübarizə səylərini dəstəkləmək üçün iştirak edir.


Rusiya: "ABŞ Suriyada İŞİD terrorçularına təlim keçir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Binəqədidə yaşayış binasında yanğın olub
    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
     15.08.2022
    İsti hava şəraiti avqustun 20-dək davam edəcək
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ