EURO 1,9921 NEFT 72,06
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.04.2018 11:10:53

Rusiya bundan əvvəl ABŞ-ı Suriyanın qanuni hökümətinə hücumdan çəkindirmişdi

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki,  Rusiya çərşənbə axşamı günü Təhlükəsizlik Şurasında ABŞ və müttəfiqlərinin Suriyanın Duma şəhərinə iddia olunan kimyəvi hücum haqda araşdırmanı tələb edən qətnaməsinə qarşı veto hüququndan istifadə edib. Rusiyanın BMT-dəki səfiri Təhlükəsizlik Şurasının iclasında bildirib: "Moskva veto hüququndan beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və öz ekspansionist hərəkətlərində beynəlxalq ictimaiyyətə daxil olmağa cəhd edən ABŞ-a icazə verməmək üçün istifadə edib."

" ABŞ və müttəfiqləri tərəfindən təqdim olunan qətnamənin ilkin mətni ictimai fikri yayındırmaq və qarşılaşmaya doğru başqa bir addım atmağa cəhddir.", -deyə Vasili Nebenzya əlavə edib. 

Rusiyanın BMT-dəki səfiri ABŞ və müttəfiqlərinin milli hakimiyyətə malik bir ölkəni sənəd-sübutsuz suçladıqlarını bildirərək deyib: "Dumada kimyəvi silahdan istifadə olunması haqda heç bir sənəd yoxdur." 

Şərqi Qutənin Duma bölgəsində yerləşən Ceyşül-İslam terrorçuları Dəməşqi bu bölgəyə kimyəvi hücum etmək və onlarla nəfəri qətlə yetirməkdə suçlayıblar. Bu ittihamlar Suriya hökuməti tərəfindən qətiyyətli şəkildə rədd olunub. 

Terrorçuları dəstəkləyən qərb və ərəb mediaları terrorçuların bu iddiasından sonra Dəməşq əleyhinə güclü psixoloji müharibəyə başlayıblar. 


Rusiya ABŞ-ın Suriya haqqında təklif etdiyi qətnaməni "veto" ilə blokladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyalı kürdlər Mənbiçdən tamamilə çıxdı
    Suriyalı kürdlərin silahlı təşkilatı YPG qüvvələrinin bazar günü Mənbiç şəhərindən tamamilə çəkildiklərini bildirib.
     17.07.2018
    Tənha səyahət edən qadın və ya kişilər müsəlman ölkələrini seçirlər - ARAŞDIRMA
    Təkbaşına səyahət edən turistlərin seçdiyi ölkələrlə bağlı araşdırma aparılıb.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ