Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın İran və Rusiyaya tətbiq etdiyi sanksiyaların əslində iqtisadi terrorizm olduğunu bildirib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın İran və Rusiyaya tətbiq etdiyi sanksiyaların əslində iqtisadi terrorizm olduğunu bildirib.
İslamazeri.com xəbər verir ki, cümə axşamı günü ABŞ Konqresinin Suriya və İrana tətbiq etdiyi sanksiyaları dəyərləndirən nazir müavini Ryabkov bu sanksiyaları iqtisadi terrorun nümunəsi olaraq qiymətləndirib.
Moskvada keçirdiyi mətbuat konfransında ABŞ-ın nüvə müqaviləsindən çıxmasını və İrana yenidən sanksiya tətbiq olunmasını tənqid edən rus diplomat Ryabkov Rusiya rəhbərliyinin Avropa Birliyi troykasının INSTEX maliyyə kanalını müsbət qarşıladığını qeyd edib.
Ryabkov həmçinin Tehran və Moskvanın ikitərəfli ticarətdə öz milli pul vahidləri üzərindən keçirərək ABŞ-ın pis niyyətlərinə qarşı müdafiə olunacaqlarını vurğulayıb.
Rusiya: ABŞ-ın İran və Suriyaya tətbiq etdiyi sanksiyalar iqtisadi terrordur