İran Prezidenti Həsən Ruhaninin siyasi məsələlər üzrə müşaviri Həmid Əbutalibi istefa verib.

İslamazeri.com report-a istinadən xəbər verir ki, bu barədə H.Əbutalibi “Twitter” səhifəsində açıqlama yayıb.
Müşavir istefasının səbəbini açıqlamayıb.
Bildirilib ki, o,1957-ci ildə anadan olub. H.Əbutalibi 2017-ci ildən Həsən Ruhaninin siyasi məsələlər üzrə müşaviri vəzifəsində işləyib. O, əvvəllər İranın Belçika, Avstraliya və İtaliyada səfiri olub.
Ruhaninin müşaviri istefa verib