İran prezidenti Səudiyyə Ərəbistanı rəsmisinin iddiasına cavab verib.

İslamazeri.com-un “Fox News”-ə istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının neft obyektlərinə edilmiş hücumda istifadə edilmiş raketlərin üzərində “Ya Əli” yazısının olmasına görə İranın ünvanına səsləndirilən ittihamları məntiqsiz adlandırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəsmisi bildirib ki, neft obyektlərinə hücum zamanı istifadə edilən raketlərin üzərində “Ya Əli” yazısı olub və məhz buna görə də bu hücumda İranın əli var.
Ruhani isə bu iddiaya cavab olaraq bildirib ki, “Ya Əli” ifadəsi dünyanın hər yerində yaşayan şiə tərəfindən istifadə edilir, təkcə İranda yox.
Ruhanidən Səudiyyənin “Ya Əli” ittihamına cavab