EURO 1,8796 TRY 0,2939
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.05.2019 14:19:22

Ruhani ABŞ-a səslənib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani bəyan edib ki, “ABŞ böyük İran xalqını diz çökdürə bilməyəcək”.

O, bu sözləri İranın Ali lideri Ayətullah Xameneinin rəsmi şəxslər və qoşun başçıları ilə görüşü zamanı bildirib.

ABŞ-ın İrana qarşı sanksiya və təzyiqlərinə işarə edən Ruhani deyib ki, “amerikalılar böyük İran xalqını bir neçə ay ərzində diz çökdürə biləcəklərini güman edib bununla bağlı konkret tarix də müəyyən edərək səhvə yol veriblər. İran xalqı mətanət, müqavimət və sarsılmazlığı ilə İran İslam Respublikasının tarixində tarixlər həkk edib”.

O, İran rəhbərliyi, xalqı, hakimiyyəti və parlamentinin düşməni məğlubiyyətə uğratdığını qeyd edərək əlavə edib: “Bu gün düşmən güc və təcavüz yolunu seçir, sabah öz donanmasını göndərir, axşam isə öz telefon nömrəsini verir. Əlbəttə, iranlıların əllərində onların çoxlu nömrəsi var və onların İran xalqına cinayət törətdikləri günlər də məhz onların əsl telefon nömrələridir”.

ABŞ-ın müxtəlik xalqlara, məxsusən də İran xalqına qarşı sıxışdırma və təzyiq siyasətini qeyd edərək ABŞ-a səslənib: “Tövbə edərək geri dönün, yol açıqdır. Ola bilsin ki, İran xalqı sizin qəddarlıq və tarixi cinayətlərinizi bağışladı”.


Ruhanidən ABŞ-a: Tövbə edin! Bəlkə sizi əfv etdik!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şeyx ABŞ-ın Hizbullahla bağlı Livan planını açıqladı
    Livan Hizbullahının İdarə Heyətinin sədr köməkçisi Şeyx Ali Damuş məsələ ilə bağlı açıqlama verib.
     09.12.2019
    Parisdə Azərbaycandakı seçkilər müzakirə ediləcək
    Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ