1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:26.06.2019 13:21:07

İran prezidenti nüvə sazişi ilə bağlı da danışıb.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, İran rəhbərliyi “heç bir şəraitdə” İranın nüvə sazişi ilə bağlı təkrar danışıqlar keçirmək niyyətində deyil.

Bunu,  İran prezindenti Həsən Ruhani fransalı həmkarı Emmanuel Makronla keçirdiyi telefon danışığında bəyan edib.

“Heç bir şəraitdə biz, ikiillik müzakirələrin nəticəsi olan sazişlə bağlı təkrar danışıqlar keçirməyəcəyik”, - deyə o qeyd edib.

Ruhani həmçinin bildirib ki, əgər nüvə sazişinin yerdə qalan üzvləri İranın sazişdə qeyd edilmiş maraqlarını təmin etməsələr, İran nüvə sazişi çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin azaldılmasını davam etdirəcək.

Bundan başqa, tərəflər İran hava məkanını pozaraq vurulmuş ABŞ PUA-sını da müzakirə ediblər.

“Əgər amerikalılar yenidən İranın hava məkanını pozmaq və ya (İran) sular(ın)a daxil olmaq istəsələr, İran Silahlı Qüvvələri onlara qarşı mübarizə aparacaq və qəti cavab verəcək”, - deyə o əlavə edib.


Ruhanidən ABŞ-a mesaj: Əgər bir də...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ