1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.06.2019 17:03:49

Ruhani ABŞ-ın İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneiyə qarşı sanksiya tətbiq etməsini şərh edib.

İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneiyə qarşı sanksiya tətbiq etməsini şərh edib.  

Həsən Ruhani çıxışı zamanı bildirib ki, bizə sanksiya tətbiq ediblər ki, Amerikaya səfər etməyək:  "Gülməlidir, biz bunları ölkəyə buraxmırıq, bunlar da deyir ki, biz sizi ABŞ-a qoymayacağıq. Ölkənin ali liderinin əmlakına sanksiya tətbiq ediblər.

Rəhbərin əmlakı Hüseyniyyə və bir sadə evdən ibarətdir. Bizim ölkənin rəhbəri başqa ölkənin rəhbərləri kimi deyil ki, xarici bank hesablarında milyardlarla dollar pul hesabı olsun və siz də ona sanksiya tətbiq edəsiniz. Bu onu göstərir ki, bizim düşmənimiz qeyri-adi şəraitdədir. Qeyri-adi rəftar sərgiləyir". 

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi ABŞ-ın İranın Ali lideri Ayətullah Seyid Əli Xameneiyə qarşı sanksiya tətbiq etməsini Tehranla Vaşinqton arasında diplomatik yolun bağlanması mənası daşıdığını açıqlayıb.   “İran lideri və ölkənin baş diplomatına qarşı səmərəsiz sanksiyalar, ABŞ hökuməti ilə diplomatiyanın birdəfəlik bağlanması deməkdir", - deyə Musəvi "Tvitter"də yazıb. (eastnews)


Ruhani Ayətullah Xameneiyə qarşı sanksiya haqda: Bizim rəhbər başqa ölkənin rəhbərləri kimi deyil ki...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda araq istehsalı kəskin artıb
    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artaraq 889,2 min dekalitr təşkil edib.
     20.07.2019
    Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ