1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.09.2017 14:50:46

"BMT ABŞ-ın icazəsi olmadan hər hansı bir təşəbbüs göstərmir və hətta Myanmada müsəlmanlara qarşı həyata keçirilən soyqırım təşəbbüsünü pisləməkdən belə acizdir"

Hindistanlı siyasi məsələlər üzrə mütəxəssis İqtidar Məhəmməd Xan ABŞ və Sionist rejimin Rohingya müsəlmanlarının soyqırımında Myanma rejimi ilə əməkdaşlıq etdiyini bildirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, müsəlmanların birlik və ittifaqla Qərbin hiylələrini puça çıxararaq, Myanma kimi bəzi zalım rejimlərin müsəlmanlara qarşı qətliam etməsinin qarşısını ala biləcəyini qeyd edən hindli mütəxəssis BMT-nin rohingyalı müsəlmanların qətliamı qarşısında səssizliyini tənqid edərək, "BMT ABŞ-ın icazəsi olmadan hər hansı bir təşəbbüs göstərmir və hətta Myanmada müsəlmanlara qarşı həyata keçirilən soyqırım təşəbbüsünü pisləməkdən belə acizdir",- deyib.

Bəzi ölkələrin Myanma rəhbərliyinin müsəlmanlara qarşı cinayətlərini pisləməsinin rohingyalı müsəlmanların dərdlərinə məlhəm olmayacağı və problemin həlli üçün əməli addımlar atılması lazım olduğunu da qeyd edən hindli ekspert Məhəmməd Xan İran İslam Respublikasının İraq və Suriya kimi bir çox ölkənin problemlərini həll etməkdə ifa etdiyi rolun təqdirəlayiq olduğu, İranın Myanmada müsəlmanların qırğınının qarşısının alınması məsələsində mühüm rol ifa edə biləcəyini deyib.

BMT-nin yayımladığı hesabata görə, Myanma ordusunun 25 avqustdan etibarən bu ölkə müsəlmanlarına qarşı təşkil etdiyi yeni növ hücumlarda indiyə qədər 300 mindən çox rohingyalı müsəlman Banqladeşə sığınıb, Rahin əyalətində də 10 minlərlə müsəlman qaçqın vəziyyətinə düşüb. Sözügedən müddət ərzində Myanma ordusu və radikal buddistlərin hücumu nəticəsində ən azı 6 min müsəlman həyatını itirib, 8 min müsəlman isə yaralanıb.


"Rohingya müsəlmanlarının soyqırımında ABŞ və Sionist İsrail Myanma rejimi ilə əməkdaşlıq edir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ