Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.11.2021 14:56:12

Ermənistanın baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Koçaryan arasında gizli görüşün baş tutduğu iddia edilir.

Ermənistan gündəmi baş nazir Nikol Paşinyanla keçmiş prezident Robert Koçaryan arasında gizli görüş barədə məlumatlarla çalxalanır.

İslamazeri.com "Oxu.az"-a istinadən xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində gizli görüş iddiaları ilə bağlı geniş müzakirələr aparılır.

 

Məsələyə münasibət bildirən Ermənistanın “Milli Demokratik Qütb” hərəkatının rəhbərlərindən biri olan Ayk Martirosyan görüşlə bağlı informasiyanın öz təsdiqini tapacağı halda bunun yalnız bir anlama gələcəyini qeyd edib.

O iddia edib ki, bu görüş hakimiyyətin təhvil verilməsi anlamına gələ bilər. Yəni Nikol Paşinyan təhlükəsizliklə bağlı zəmanət əldə etdikdən sonra hakimiyyətdən istefa verə, hətta ölkəni tərk edə bilər. Bundan sonra isə parlament yeni baş nazir kimi Robert Koçaryanı seçəcək.


Robert Koçaryan yeni baş nazir seçilə bilər - İDDİA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ