EURO 1,9658 NEFT 73,89
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:19.02.2018 12:18:11

Dövlət İmtahan Mərkəzi açıqlama yayaraq rezidenturaya qəbul olmaq istəyənlər üçün yeni sınaq imtahanı keçiriləcəyini bildirib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə yeni sınaq imtahanı keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 3 mart saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. 

Sınaq imtahanı 3 mart 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. İmtahanda sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.


Rezidenturaya qəbul olmaq istəyənlər üçün yeni sınaq imtahanı keçiriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya-ABŞ arasında ilk quru toqquşması: Əsgərlər və dinc sakinlər bombardman edildi
    Qərb koalisiyası dinc sakinləri bombardman edib.
     22.06.2018
    Azərbaycanda Baş nazirin birinci müavini işdən çıxarıldı - SƏRƏNCAM
    Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini vəzifəsindən azad edilib.
     22.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ