EURO 2,0081 NEFT 51,74
USD 1,7008 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.06.2017 23:54:47

Su ilə bağlı rəsmi açıqlama yayıldı

Bu gün yerli mətbuatda Sumqayıt şəhərində 60-dan çox uşağın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti su mənbələrindən nümunə götürərək yoxlama aparıb. Suyun tərkibində çirklənmə və ya zəhərlənməyə səbəb ola biləcək heç nə aşkarlamayıb.

"Azərsu"nun mətbuat katibi Anar Cəbrayıllı virtualaz.org-a bildirib ki, son 3 günün nəticələri təhlil edilib. " Analizlərin nəticələri də sübut edir ki, su ilə bağlı heç bir problem yoxdur. Hazırda Cəmiyyətin mütəxəssisləri ünvanlara baxış keçirirlər. Ceyranbatan su anbarından Bakıya da su verilir. Zəhərlənmə su mənbələri ilə bağlı olsaydı Bakıda da zərərçəkənlər olardı"-A. Cəbrayıllı bildirib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova isə nəticələrin gələn həftə açıqlanacağını bildirib. "Vəziyyət nəzarətdədir. Sosial şəbəkədə gəzən şaiələrə inanmaq lazım deyil. Xəstəxanalara yüzlərlə müraciət edilməsi ilə bağlı xəbər yanlışdır"- Bayramova deyib.

Məhz yaşayış evlərinə verilən içməli suyun tərkibi ilə bağlı olaraq İslamazeri.com-un redaksiyasına video göndərilib. Görüntülərin kim tərəfindən və nə zaman lentə alındığı qeyd olunmayıb.

Videoda içməli su ilə filtr olunmuş su arasında test aparılır. Sumqayıt sakini tərəfindən göndərilən görüntülərdə adını açıqlamayan şəxs xüsusi cihazla iki fərqli şəffaf stəkanı su ilə doldurur. Ardınca xüsusi cihazı həmin sulara daxil etməklə testə başlayır. Nəticədə tərkibi təmizlənmiş su ilə əhaliyə verilən içməli su arasında ciddi fərqin olduğu meydana çıxır. Belə ki, testdən sonra krantdan götürülən suyun rəngində kəskin qaralma müşahidə olunur. Bununla yanaşı, suyun üzərində çirkli qatın əmələ gəldiyi videoda əks olunub. 

Qeyd edək ki, aşağıdakı test izləyicilərdən biri tərəfindən aparılıb; videoda deyilənlər və  fikirlər testi aparan şəxsin fikirləri və iddiasıdır, həmçinin adları çəkilən qurumların, xüsusilə "Azersu" ASC-nin testlə bağlı cavabını və açıqlamasını dərc etməyə hazırıq.

 


Rəsmi qurumlar su ilə bağlı açıqlama yaydı, vətəndaşlardan biri isə suyu test etdi və... VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Bəşər Əsədin sözləri Suriyada qələbənin yaxın olduğuna işarədir”
    Qəzet həmçinin Sionist rejim mütəxəssislərinə istinadən, Suriya prezidentinin son açıqlamasının Dəməşq rəhbərliyinin zəfərinin xəbərçisi olduğunu qeyd edib.
     22.08.2017
    Yəmən xalqı 3 qat faciə içərisindədir
    BMT-in fövqəladə yardım koordinatoru Yəmən barədə məlumat verib.
     22.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ