EURO 2,0859 NEFT 69,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.09.2017 15:18:39

ABŞ Dövlət Departamenti informasiya azadlığına dair qanuna əsasən həmin hədiyyələrin siyahısını dərc edib.

İslamazeri.com-un “Daily Best”-ə istinadən verdiyi xəbərə əsasən, cari ilin may ayında baş tutmuş Səudiyyə Ərəbistanı səfəri zamanı ABŞ Prezidenti Donald Trampa 83 hədiyyə verilib.

ABŞ Dövlət Departamenti informasiya azadlığına dair qanuna əsasən həmin hədiyyələrin siyahısını dərc edib.

Belə ki, Trampa bütöv bir soyuq silah arsenalı hədiyyə edilib. Həmin silahlar içərisində tutacağı mirvari ilə bəzədilmiş gümüş qılınc da var.

Məlum olub ki, hədiyyələr arasında ən çox paltarlar yer tutur: milli ərəb paltarları, pələng və gepard dərisindən hazırlanmış ayaqqabı və xalatlar.

Hədiyyələr arasında həmçinin Səud milli paltarlarına həsr edilmiş kitab, uşaq kitabları, Küveyt konstitusiyasının nüsxəsi, üzərində Trampın təsvir edildiyi yorğan və “səudiyyəli qadınların təsvir edildiyi bədii tablo” da var.

Xatırladaq ki, ABŞ qanunvericiliyinə əsasən, Prezidentə verilən bahalı hədiyyələr Milli Arxivə təhvil verilməlidir. Prezident, yalnız onların bazar dəyərini ödəməklə, onları özündə saxlaya bilər.


Ərəblər Trampa nə hədiyyə edib? - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ