1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:22.11.2017 15:29:13

İlham Şaban: “Bundan sonra qiymətlərin nə qədər dayanıqlı olacağını zaman göstərəcək”

Azərbaycan noyabrın 30-da Vyanada keçiriləcək OPEK Nazirlər Şurasının 173-cü iclasına rəsmi dəvət alıb. Bunu “Trend”ə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan bu dəvəti nəzərdən keçirmək və iclasda iştirakı razılaşdırmaq niyyətindədir.

Qeyd edək ki, iclasda neft hasilatının azaldılması barədə OPEK+ sazişinin icra olunması, istehsalat kvotalarının artırılması və sazişin müddətinin uzadılması məsələləri müzakirə olunacaq.

Bəs görəsən, OPEK-in bu iclasından sonra dünya bazarında neftin qiyməti hansı istiqamətdə dəyişəcək? Qeyd edək ki, “qara qızıl”ın bahalaşmasının əsas səbəbi kimi göstərilən Suriyadakı vəziyyət də normala dönmək üzrədir. Bu baxımdan dünya neft bazarındakı vəziyyət dəyişə bilər.

Qeyd edək ki, hazırda dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir."AzəriLayt" markalı neftin bir barelinin qiyməti 0,53 dollar ucuzlaşaraq 63,34 dollar olub.

Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,03 dollar bahalaşaraq 56,45 dollar, Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti isə 0,07 dollar artaraq 62,29 dollar təşkil edib.

OPEK-in iclasından sonra durumun necə dəyişəcəyinə və orada əldə olunacaq razılaşmanın bazara necə təsir edəcəyinə gəlincə, sualımızı Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban cavablandırdı.

O bildirdi ki, neftin hazırkı qiyməti hasilatçı ölkələrin ürəyincədir və bunun saxlanılmasına çalışacaqlar: “OPEK-in noyabrın sonunda keçiriləcək iclası, o iclasa qeyri-OPEK ölkələrinin də bir-bir dəvət alması onun nəticəsidir ki, oktyabrın 29-dan sonra neftin qiyməti ki, 60 dolları keçdi, bu gün də 62 dollardan yüksəkdədir. Bazara bir-bir müsbət siqnallar daxil olur. Bu da neftin qiymətinin yüksəlməsini təmin edir. Bazar iştirakçıları da bundan məmnundurlar. İkincisi, neftin qiymətini qızışdıran amillər hələ də bazarda kifayət qədərdir. Hesab etmək olar ki, noyabrın sonuna qədər əgər ayın əvvəlində Səudiyyə Ərəbistanında baş verən siyasi proseslər nəticəsində neftin qiyməti kifayət qədər artdıqca, ondan sonra müəyyən korreksiyalar nəticəsində 60 dollara doğru geriləsə də, yenə də OPEK-in iclası ilə bağlı pozitiv informasiyalar qiymətin hələ ki 60 dollardan aşağı enmə ehtimalını sıfıra endirir. Neftin qiyməti, faktiki olaraq, noyabr ayı üçün orta hesabla 60 dollar olacaq. Sentyabr ayında ”Brent" markalı neft 56 dollar olmuşdusa, oktyabr ayında 57,5 dollar olmuşdusa, noyabr ayında 60 dollar və ondan bir qədər artıq olmasına ümidlər var. 3 aydır ki, “qara qızıl”ın qiyməti artan xətlə inkişaf edir. Bu da OPEK-in çıxaracağı qərarla bağlıdır. Qərar da ondan ibarətdir ki, gələn ilin birinci rübünün sonundan sonrakı dövr üçün də hasilatın indiki səviyyədə saxlanılması və azaldılması ilə bağlı informasiyalar daha çox gündəmdədir. İkincisi, əgər bir il bundan öncə razılaşmaya qeyri-OPEK ölkələrindən 11 ölkə qoşulmuşdusa, indi onların sayının artırılması yönündə də işlər aparılır. Bütün bunlar pozitiv addımlardır və neftin qiymətinin artımına dəstək verir".

Ekspertin sözlərinə görə, neftin hazırkı qiymətini ədalətli hesab etmək olar: “İki il öncə neftin qiyməti 45 dollar ətrafında idi və iqtisadiyyatları neftdən asılı olan ölkələr bu təşəbbüslə çıxış edəndə bildirirdilər ki, bizim məqsədimiz neftin ədalətli qiymətinə nail olmaqdır. O zaman onlar ədalətli qiymət olaraq neftin bir bareli üçün 55-60 dollar dəhlizini götürmüşdülər. İndi üstündən bir il keçdikdən sonra görürük ki, onların səyləri hədər getməyib. Həqiqətən də öz hədəflərinə çatıblar. Bundan sonra qiymətlərin nə qədər dayanıqlı olacağını isə zaman göstərəcək. Burada obyektiv səbəblər də var. Bu da ondan ibarətdir ki, son illərdə neft hasilatları azalmağa doğru gedib və bu da neftin qiymətinə təsir edən amillərdən biridir”.

OPEK-in hasilatı azaltmasından sonra bazarda yaranan boşluğu ABŞ-ın şist neft hasilatı hesabına tutmasına və bununla da qiymətlərin ucuzlaşacağı ehtimalına gəlincə, İlham Şaban bildirdi ki, buna rəğmən OPEK bazarda öz sözünü deyə biləcək: “Ötən ilin oktyabrı ilə bu ilin oktyabrı arasında ABŞ şist neftin hasilatı hesabına gündəlik hasilatını 1 milyon bareldən artıq artıra bilib. Ancaq həmin müddətdə OPEK və qeyri-OPEK ölkələri dünya bazarından təqribən 1,8 milyon barelə yaxın nefti çıxarda biliblər. Amerikanın səyləri, bazara təsir edən siyasi və klimatik faktorlar ona gətirib çıxarıb ki, Amerika hasilatı kifayət qədər artırmasına baxmayaraq neftin qiymətindəki artım özünü doğrulda bilib. Heç də o demək deyil ki, Amerikada hasilat azalır. Əvvəllər belə bir mülahizə var idi ki, OPEK ölkələri hasilatı azaltmasına baxmayaraq, Amerika bunu öz hasilatı ilə neytrallaşdıra bilir. 1973-cü ildə ilk dəfə OPEK güclü bir təşkilat olaraq bazara təsir mexanizmini ortaya qoymuşdu. İndi də onu təkrarlaya bilər”.

 

Mənbə: Musavat.com


Ərəb şahzadələrinin həbsi nefti bahalaşdırdı, bundan sonra nə olacaq?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • General Cəfəridən Pakistana qaçırılan İran əsgərləri barədə mühüm AÇIQLAMA
    General Cəfəri sərbəst buraxılan beş əsgərin Pakistan dövlətinin himayəsi altında olduğunu ifadə edib.
     16.11.2018
    Səudiyyə rejiminin yeni etirafı: Qaşıqçı İstanbul Konsulluğunda...
    Baş Prokurorluq cümə axşamı günü Camal Qaşıqçı dosyesi haqqında yeni bir etiraf edib.
     15.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ