1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:21.12.2017 12:31:56

BƏƏ XİN rəhbəri Şeyx Abdullah bin Zayed türkləri cinayət etməkdə suçlayan paylaşımı yenidən paylaşmması Türkiyə rəsmilərinin qəzəbinə tuş gəlib

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, BƏƏ XİN rəhbəri Şeyx Abdullah bin Zayed türkləri 1916-cı ildə cinayətdə suçlayan və Ərdoğanı hədəfə alan bir tweeti retweet (RED: Paylaşım başqası tərəfindən yazılıb, təsdiq əlaməti olaraq bu paylaşım təkrar paylaşılıb) edərək paylaşıb. Paylaşımda Mədinə müdafiəsinin qəhrəmanı Fəxri Paşanın müharibə zamanı cinayət işlədiyi, ərəblərdən pul və dəyərli yazılar oğurladığı iddia edilir. Paylaşımın başqa yerində "Bunlar Ərdoğanın ataları" cümləsi diqqət çəkir. Bu paylaşımı ilk paylaşan şəxs isə Almaniyada yaşayan bir həkim olduğu önə çəkilir.

Məsələdən sonra Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın ingilis dilində açıqlama yayaraq "bu məsələni utancverici" adlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu açıqlamanı yetərli hesab etmədiyindən bu gün cavab verib: "Əcdadımız 1000 il boyunca Qüdsü və bütün İslam coğrafiyasını qorumuşdu. Əcdadımızın bir çox dastanı vardır ki, onlardan biri ingilislərin Qütül Amarədə məğlubiyyətə uğradılmasıdır. Bu günlərdə biri çıxıb böyük böhtanla andığı digər dastan - Mədinə müdafiəmizdir. Zalımların səfində yer almayı məharət sayan Mədinə müdafiəsini və onun böyük qəhrəmanı Fəxrəddin Paşayı hədəfə almaları boş yerə deyildir. Mədinə müdafiəsi İslamın və onun böyük Peyğəmbərinin, adının, simvollarının necə qorunmasını göstərən ibrətlik hadisədir."

Ərdoğan daha sonra "Fəxrəddin Paşa bu gün Bolqarıstan sərhədləi içində yer alan Rusçukda doğulu.b Hərbi məktəbi bitirdikdən sonra orduya qatılıb. Mosulda, Urfada erməni üsyanlarının yatırılmasında rolu olub. 1916-da Mədinəyə təyin edilən Fəxrəddin Paa 1919-a qədər oranı qoruyub. Ey bizə böhtan atan zavallı, sənin cəddin, babaların hardaydı? Paşanın 2 il 7 ay müdafiə dastanı təqdirə layiqdir. İndi, utanmadan Ərdoğanın əcdadlarının müqəddəs əmanətləri oradan oğurlayaraq İstanbula gətirdiklərini deyəcək qədər azğınlıq içində olan zavallılar, bunun adı oğurluq deyil, tam əksinə oraları işğala, istilaya gələnlərdən qorumaqdır. Nə bahasına? Şəhid olmaq bahasına. Paşa, müqəddəs əmanətləri 2 min nəfərlik mühafizə gücü ilə İstanbula göndərib. İşğalçı güclərin əlinə keçməsin, muzzeylərdə ekspanat olmasının qarşısını almışdır. Qərbdəki o məlum yerlərdə, aqibəti məlum olmayan yerlərəmi getsəydi? Bunların başı qərbli olduğu üçün, bu hücumu başlatdılar. Fəxrəddin Paşa bütün enerjisini Mədinənin müdafiəsini verdi. Paşanın "Ey insanlar məlumunuz olsun ki, qəhrəman əsgərlərim bütün insanların kürəyini dayadığı Mədinəyi son damla qanına qədər müdafiə etməyə məmurdur. Allah Təala bizimlədir", demişdi. Oraya yaxın torpaqlarda olanlar utanmadan böhtan atırlar. Sən nə Ərdoğanı,  cəddini isə heç tanımamışsın. Biz sizin nə cür qara işlər dalınca olduğunuzu bilirik.", -deyə əlavə edib.

Türkiyə prezidenti tarixdən sitat və hadisələrin xronologiyasını gətirərək, ərəb naziri sərt tənqid edib.


Ərəb Əmirliyinin XİN rəhbərinin təhqirinə Ərdoğan belə cavab verdi - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
    Ailə qurmaq istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
     22.01.2018
     Xanım Zeynəbin (s.ə) mübarək mövludu Marneulidə qeyd edildi - FOTO
    Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti tədbir keçirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ