EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 12:31:52

Diplomatlar bir-birinin ünvanına tənqid və təhdid səsləndiriblər.

Dünən Ərəb Dövlətləri Liqasının (ƏDL) Misir paytaxtında keçirilmiş növbəti iclasında Qətər və bu ölkəyə sanksiyalar tətbiq etmiş digər ərəb dövlətlərinin diplomatları arasında mübahisə düşüb.

İslamazeri.com "Aljazeera"-ya istinadən xəbər verir ki, televiziya ilə canlı yayımlanan iclasda çıxış edən Qətərin xarici işlər naziri Sultan bin Səd əl-Murayxi İranı şərəfli ölkə adlandırıb və dörd ərəb ölkəsi tərəfindən Qətərə qarşı blokada tətbiq edilməsindən sonra İranla ikitərəfli münasibətlərdə xeyli yaxınlaşmanın olduğunu diqqətə çatdırıb.

Qətərli nazirin çıxışından hiddətlənən Səudiyyə Ərəbistanının ƏDL-dəki nümayəndəsi Əhməd əl-Kəttan kinayə ilə İranın ünvanına təbrik səsləndirib və Qətərin buna görə tezliklə peşman olacağını deyib. O, Qətərin İranla yaxınlaşmaya görə məsuliyyət daşıyacağı ilə bağlı təhdid də səsləndirib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) XİN rəhbəri Ənvər Ğarğaş da Qətərin xarici siyasətini tənqid edib və bu ölkəni sülh istəməməkdə ittiham edib.

Qətərli nazir isə ittihamları cavablandıraraq bəyan edib ki, bu böhran Qətər Xəbər Agentliyinin BƏƏ tərəfindən himayə edilən kiber hücumçular tərəfindən ələ keçirilməsindən və rəsmi saytda Qətər əmirinin adından yalnış məlumat dərc edilməsindən sonra yaranıb. Əl-Mureyxi, həmçinin xatırladıb ki, bu gün Qətərə qarşı blokada tətbiq etmiş dörd ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 1996-cı ildə onun ölkəsinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər. O, Səudiyyə Ərəbistanını Qətər əmirinə qarşı dövlət çevrilişi hazırlamaqda ittiham edib.

Konfransda iştirak edən Küveyt nümayəndə heyəti isə tərəfləri tənqidi çıxışları dayandırmağa və sakitlik yaratmağa dəvət edib.


Ərəb liqasının iclasında Qətərlə digər ərəb dövlətlərinin nümayəndələri arasında mübahisə düşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ