EURO 1,9801 NEFT 72,65
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:04.12.2017 10:30:15

Ərəb Birliyi Fələstin Daimi Nümayəndəliyi də Qüds mövzusunda toplantı keçirilməsini istəmişdi

Ərəb Birliyinin ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürmək planlarını müzakirə etmək üçün sabah fövqəladə toplanacağı bildirilib.

Ərəb Birliyi baş katibinin Müavini Husam Zəki verdiyi açıqlamada Fələstinin tələbi ilə Qüds mövzusunda müşavirə keçiriləcəyini söyləyib.

FaktXəbər-in məlumatına görə, Zəka Ərəb Birliyinin çərşənbə günü nümayəndələr səviyyəsində toplanacağı deyib.

Fələstin XİN rəhbəri Riyad əl-Maliki Ərəb Birliyi və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Qüds üçün təcili toplanma çağırışı etmişdi.

Ərəb Birliyi Fələstin Daimi Nümayəndəliyi də Qüds mövzusunda toplantı keçirilməsini istəmişdi.

Fələstin dövlət başçısı Mahmud Abbasın da ABŞ-ın Təl-Əviv səfirliyinin Qüdsə daşınmasını müzakirə etmələrinə dair bir çox ölkənin lideri və beynəlxalq qurumla yazışmalar apardığı bildirilir.

Fələstin rəsmi xəbər agentliyi olan WAFA-nın məlumatına görə, ABŞ prezidenti Donald Trampın "Təl-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürərək buranı İsrailin paytaxtı kimi tanımağa hazırlaşdığı" istiqamətindəki xəbərlərdən sonra Abbas, bu planın qarşısının alınması üçün çoxsaylı liderlə görüşüb.

Abbas Afrika Birliyi, Ərəb Birliyi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Rusiya və ABŞ-dan ibarət Yaxın Şərq Dördlüyünə bu təşəbbüsün qarşısının alınması üçün müraciət göndərib.

Abbas müraciətində belə bir qərarın sülh prosesinə zərbə endirəcəyini və bölgəni daha çox qeyri-sabitliyə aparacağını vurğulayıb.

Amerika mediasının xəbərlərində ABŞ prezidenti Donald Trampın 6 aylıq təxirə salma müddəti gələn həftə başa çatacaq 1995-ci il tarixli "Amerika səfirliyinin Qüdsə köçürülməsinə dair Qanun"u yenidən təxirə salmayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və Amerika səfirliyinin Qüdsə köçürülməsinə qərar verəcəyi iddia edilmişdi.

Ağ Ev sözçüsü Sara Hakkabe Sanders ötən çərşənbə, "bu istiqamətdə addım atmaq hələ tezdir" açıqlamasını vermişdi.


Ərəb Birliyi sabah Qüds üçün toplanacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hacı Şahin Həsənli Adnan Oktardan danışdı
    Türkiyədə bir müddətdir həbs olunan Adnan Oktarla bağlı İslamazeri.com ölkənin tanınmış ilahiyyatçısı, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənlinin fikirlərini öyrənib
     19.07.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    Bu günün 3 önəmli xəbəri
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ