EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:27.05.2018 03:59:01

Kiyevin "Olimpiya" stadionunda Real Madrid və Liverpul arasında keçirilən dramatik mübarizədə İspan Kral klubu daha güclü oldu.

İslamazeri.com "trend"ə istinadən xəbər verir ki, Kiyevin "Olimpiya" stadionunda Real Madrid və Liverpul arasında keçirilən dramatik mübarizədə İspan Kral klubu daha güclü oldu.

Qarşılaşmanın ilk yarısı qolsuz sona çatdı. Fasilədən sonra, qapıçı səhvindən istifadə edərək, Karim Benzema hesabı açdı (1:0). Dörd dəqiqə sonra Sadio Mane hesabı bərabərləşdirdi (1:1). 64-cü dəqiqədə Qaret Beyl Liverpulun qapısına gözəl bir qol vuraraq yenidən kral klubunu önə çıxardı (2:1). Oyunun bitməsinə bir neçə dəqiqə qalmış Qaret Beyl 27 metrdən ingilis klubunun qapıçısını yenidən məyus etdi və qarşılaşmanın yekun hesabını müəyyənləşdirdi.

Beləliklə, Real Madrid futbol üzrə Avropanın ən prestijli klub turnirinin qalibi oldu.

Qeyd edək ki, Real Madrid ümumilikdə 13-cü dəfə və ardıcıl olaraq 3 dəfə kuboku qazanır və bu Çempionlar Liqasının tarixində mütləq rekord sayılır.


Real Madrid çempion... - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ