1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:10.01.2018 16:20:56

Madrid “Real”ının futbolçuları Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun eqoizmindən bezib və ona qarşı çıxıblar.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, bu iddia ilə İspaniyanın “Diario Qol” nəşri gündəmə gəlib.

Xəbərdə qeyd olunur ki, ona ilk qarşı çıxan İsko olub. Sonra İskonu Serxio Ramos, Markos Asensio, Dani Sebalyos və Lukas Vaskes də dəstəkləyib.

Onu da bildirək ki, İsko ilə Ronaldu arasında bu problem hələ noyabrda başlayıb. Həmin oyunda “Real” 3:0 qalib gəlmiş, İsko ona qol ötürməsi verən Ronaldu ilə sevincini bölüşməyi lazım bilməmişdi. Daha sonra Ronaldu buna görə İskonu barmağı ilə hədələmişdi.

Qeyd edək ki, 2009-cu ildən “Real”da çıxış edən Kriştianu Ronaldunun komandadan gedəcəyi deyilir. Ötən ilin ən yaxşısı seçilmiş futbolçunun xidmətində Fransanın PSJ klubu maraqlıdır.


“Real” futbolçuları Ronalduya qarşı çıxdılar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əzrayılla qaçdı-tutdu oynayırıq” - Bayıldan REPORTAJ
    Sakinlər qorxu içindədirlər, hər an ölüm təhlükəsi ilə üz-üzə yaşayırlar.
     20.10.2018
    Azərbaycanda ən çox satılan kitablar - SİYAHI
    Alman filosofu Artur Şopenhauerin dediyi kimi, “Kitab alışı yaxşı ideya olardı, əgər onları oxumaq üçün vaxtı da almaq olsaydı”.
     20.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ