1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:17.09.2018 12:50:39

Bakıda hərbi parada qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Lalələr" şeirinin tarixi haqda danışıb.

Bakıda hərbi parada qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Lalələr" şeirinin tarixi haqda danışıb.

Ərdoğan çıxışı zamanı "Lalələr” mahnısı haqda danışaraq bəstədə türk ordusunun 1918-ci ilin sentyabrında Gəncədən Bakıya yürüyüşünün və şəhərin xilasının ifadə edildiyini bildirib.

"Azərbaycanın məşhur "Lalələr” mahnısının kədərli hekayəsi var. Bu, qardaşlarımızın çəkdiyi əziyyətin və Qafqaz İslam Ordusunun könüllərdə səbəb olduğu gözəlliyin təmsilidir. Gəncə bölgəsinə axın edən minlərlə əsgər başlarındakı qırmızı rəngli fəs və fəsin ucundakı saçaqlarla uzaqdan gəlincik tarlasına bənzəyən bir görüntü yaradıb. Gəlincik Azərbaycan dilində lalə deməkdir. Şair Telman Hacıyev hisslərini sətirlərə tökərək bu mahnını bəstələyib”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.

Azxeber.com Lalələr şeiri haqda kiçik araşdırma aparıb.

1918-ci ildə Azərbaycanın bir çox şəhərləri radikal erməni təşkilatları və ruslar tərəfindən işğal edilmişdi. Şaumyan tərəfindən idarə olunan hərəkat, tamamilə xalqın məhv olunmasına yönəlmişdi.

Bakıda 18 Mart-1 Aprel 1918-ci il tarixləri arasında azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilirdi, 12000 azərbaycanlı şəhid oldu. İşgəncə və ölümdən qaçmaq üçün insanlar şəhəri tərk etməyə başlamışdılar. İnsanlar çox çətin günlər yaşayırdı. Onlar üçün tək ümid yeri Anadolu türkləri idi. Osmanlıdan kömək istəyəcək olan heyətə Nağı Şeyxzamanlı rəhbərlik edirdi.

Nağı bəy öz xatirələrində yazır: "Ənvər Paşadan Qafqaza göndəriləcək ordunun başına Nuru Paşanın keçməsini istədim. Ənvər Paşa bizi incitmədən təklifimizi qəbul etdi. Türk ordusu Azərbaycana gəldikdə xalq yola tökülür və ordunu həvəslə salamlayırdı". 25 may 1918-ci ildə Gəncəyə gələn Nuru Paşa burada ordunu hazırlamağa başlayır. Nuru Paşanın tabeliyindəki ordu Gəncə və Şamaxı bölgələrini erməni, rus və ingilislərdən təmizlədi. Bununla da Bakıya daxil olarkən 15 sentyabr 1918-ci ildə minlərlə şəhid verdi. Qafqaz İslam Ordusunun Azərbaycanı yox olmaqdan qurtaran bu köməyini, "Lalələr" mahnısı çox gözəl ifadə edir. Osmanlı ordusu Gəncəyə girərkən minlərlə əsgərin başlarındakı fəs və fəsin ucundakı saçaqlar adətən laləyə bənzəyirdi.

Diqqət etsəz bu mahnının sözləri belə başlayır: "Yazın əvvəlində, Gəncə çölündə" Burada Qafqaz İslam Ordusunun Gəncəyə 1918-ci il may ayında daxil olduğunu bildirir. Musiqinin sonlarında isə deyilən "Nə vaxtdır Bakının gözü yoldadır, bir qonaq gələsiz bizə lalələr" sözləri, çətin vəziyyətdə olan xalqın türk ordusunu həsrətlə gözlədiyini bildirir.

Qeyd edək ki, Sovetlər Birliyi vaxtı, senzuraya düşməmək üçün bu mahnının son misrasında deyilən Bakı sözü dəyişdirilib, "Nə vaxtdır Rəşidin gözü yoldadır" formasında oxunub. Əslində isə, "Nə vaxtdır, Bakının gözü yoldadır" sözləri olmalıdır. İlk dəfə qulaq asarkən mahnıdakı bu sözlərin mənasına bir o qədər də diqqət etmirik. Lakin bu mahnı türk ordusunun Azərbaycana köməyə gəlməsinin şərəfinə yazılıb.

Mahnının sözləri Aslan Aslanova, musiqisi isə Telman Hacıyevə aiddir.

Yazın əvvəlində Gəncə çölündə,
Yazın əvvəlində Gəncə çölündə,
Çıxıblar yenə də dizə lalələr, dizə lalələr.
Yağışdan islanan yarpaqlarını,
Səriblər dərəyə, düzə lalələr, düzə lalələr.

Lalələr, lalələr,
Lalələr, lalələr,
Lalələr, lalələr,
Lalələr, lalələr,

Xəyalımdan nələr gəlib də keçər,
Xəyalımdan nələr gəlib də keçər.
Yaz gələr ellərə durnalar köçər, durnalar köçər.
Bulaqlar simavər, ağ daşdan çəkər.
Bənzəyir çəməndə közə lalələr, közə lalələr.

Lalələr, lalələr,
Lalələr, lalələr,
Lalələr, lalələr,
Lalələr, lalələr, lalələr

Meylim üzündəki qara xaldadir,
Meylim üzündəki qara xaldadir,
Hicranın əlacı ilk vüsaldadır, ilk vüsaldadır .
Nə vaxtdır aşiqin gözü yoldadır, gözü yoldadır.
Bir qonaq gələsiz bizə lalələr.
Nə vaxtdır aşiqin gözü yoldadır, gözü yoldadır.
Bir qonaq gələsiz bizə lalələr.

Lalələr, lalələr,
Lalələr, lalələr,
Lalələr, lalələr,
Lalələr, lalələr, lalələr


Ərdoğanın səsləndirdiyi "Lalələr" şeiri haqda bilmədikləriniz: Türk ordusuna həsr olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Ev pulu” necə hesablanır? - VƏTƏNDAŞLAR BUNU BİLMƏLİDİR
    Paytaxtda “kupçasız ev” probleminin yenidən gündəmə gəlməsi bir sıra məsələlərin aktuallıq qazanmasına səbəb olub.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ