1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:24.12.2019 15:45:04

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku keçirilir

İslamazeri.com xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan da qatılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, turnirdə Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Atçılıq Federasiyasının prezidenti, general-polkovnik Elçin Quliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan da iştirak edir. Elçin Quliyev çıxış edərək bildirib ki, atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədilə artıq yeddinci ildir ki, Prezident Kuboku uğrunda Çövkən Milli oyunu üzrə turnir keçirilir.

Məlumat verilib ki, Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turniri çərçivəsində dünən Binə Atçılıq Mərkəzinin qapalı manejində yarımfinal mərhələsi keçirilib. Bu gün komandalar Prezident Kubokunun qalibi olmaq yolunda final oyununda qarşı-qarşıya gəliblər. Xatırladaq ki, yarışın ümumi mükafat fondu 50000 manat təşkil edir.


Ərdoğanın oğlu Bakıda keçirilən at yarışına qatıldı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ