EURO 1,9817 NEFT 75,33
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.07.2018 13:05:57

Ölkə tarixində ilk dəfə olaraq vitse-prezident vəzifəsi də təyin edilib.

İslamazeri.com-un türk mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gəldikdən sonra ölkənin yeni hökumətinin tərkibini elan edib.

Ölkə tarixində ilk dəfə olaraq vitse-prezident vəzifəsi də təyin edilib və bu post Fuad Oktaya tapşırılıb.

Xarici işlər naziri postuna Mövlud Çavuşoğlu, milli müdafiə postuna isə Hülusi Akar təyin edilib.

Əbdülhəmid Gül ədliyyə naziri, Bərat Albayrak xəzinə və maliyyə naziri oldu.

Türkiyə Daxili İşlər Nazirliyinə Süleyman Soylu, Mədəniyyət və Turizm Nazirliyinə isə Mehmet Ersoy başçılıq edəcək.

Səhiyyə naziri Fəxrəddin Koca, energetika və təbii resurslar naziri Fatih Dönməz oldu.

Xatırladaq ki, ötən gün Ərdoğanın inaqurasiya mərasimi baş tutub. Tədbir ölkə parlamentində keçirilib. Beləliklə də, Türkiyə rəsmi şəkildə dövlət idarəçilik üsuluni dəyişərək, prezident respublikası olub.


Ərdoğan yeni hökumətin tərkibini elan etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransa xarici işlər naziri: Trampın Avropanın stabilliyini pozmasına imkan vermərik
    Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ABŞ Prezidenti Donald Trampın Avropanın stabilliyini pozmasına yol verməyəcəklərini vurğulayıb.
     16.07.2018
    İran sanksiyalarla mübarizə paketi hazırlayıb
    Ruhani kabineti beş il sonra ilk dəfə xarici ölkələrin vədlərini nəzərə almadan ölkənin iqtisadi problemlərindən çıxış məqsədilə bir paket hazırlamış olur.
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ