Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.
İslamazeri.com xəbər verir ki, bu barədə "BBC" Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, dövlət başçısı məktubu alıb oxuduqdan sonra, orada yazılanları qəti şəkildə rədd edib və onu zibil qutusuna atıb.
Daha əvvəl D.Trampın Türkiyənin Suriyada əməliyyatlara başladığı gün həmkarına məktub göndərdiyi məlum olmuşdu. Məktubda Trampın tvitlərinə xas olan ifadələr çoxluq təşkil edir.
“Hörmətli cənab Prezident, gəlin, yaxşı bir razılaşmanı müzakirə edək! Siz minlərlə insanın qətliamında və qətlində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm – amma bunu bacararam”, - məktubun birinci abzasında deyilir.
Tramp məktubda Ərdoğana "Əgər bu işi düzgün və insanpərvər bir şəkildə həyata keçirsəniz, tarix sizə müsbət baxacaq. Yaxşı şeylər baş verməzsə, sizi əbədi olaraq şeytan kimi görəcək. "Çətin adam" olmayın. Axmaq olmayın! Sizə sonra zəng edəcəyəm", - deyib.
Qeyd edək ki, ilk olaraq Fox News müxbirinin Twitter səhifəsindən paylaşdığı məktub daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib. New York Times qəzeti Tramp-ın çərşənbə günü Suriya haqqında Konqres liderləri ilə keçirdiyi iclasda Türkiyənin hərbi əməliyyatlarına "yaşıl işıq" vermədiyini sübut etmək üçün Ərdoğana "ağır" məktub yazdığını bildirib.
Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı