EURO 1,8737 TRY 0,2585
USD 1,7 RUB 0,0214
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:06.03.2020 11:08:59

Tərəflər 2018-ci il Soçi görüşməsində əlavə protokol kimi təqdim etdikləri 3 maddəlik bir mətni ictimaiyyətə açıqlayıb və uzun müddətdir gözlənən atəşkəsi elan edib.

İslamazeri.com BBC Azərbaycanca-ya  istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında davam edən 6 saatlıq görüş İdlibdə Türkiyə və Suriya qüvvələrini üz-üzə qoyan gərginliyin azaldılması baxımından önəmli nəticələr ortaya qoyub.

Tərəflər 2018-ci il Soçi görüşməsində əlavə protokol kimi təqdim etdikləri 3 maddəlik bir mətni ictimaiyyətə açıqlayıb və uzun müddətdir gözlənən atəşkəsi elan edib.

Ərdoğan və Putinin açılış nitqlərindən sonra Sergey Lavrov və Mevlüt Çavuşoğlu tərəfindən rus və türk dillərində oxunan kompromis mətninin tam adının "İdlib bölgəsində vəziyyətin sabitləşdirilməsinə dair memoranduma əlavə protokol" olduğu bildirilib.

Üç maddəlik anlaşmanın son dərəcə qısa və detallı olmaması diqqəti cəlb edib. Aparılan qiymətləndirmələrdə tərəflərin atəşkəs və M4 şossesi ilə bağlı ümumi razılıq əldə etdikləri və həyata keçirilmə ilə bağlı prinsiplərin müzakirəsi zamanı detallar üzərində razılığa gəlinəcəyi nəzərdə tutulur.

Bu protokola daxil edilən və edilməyən elementlər İdlib bölgəsinin yeni statusunun aydınlaşması tərəflərin mövqelərini də müəyyənləşdirəcək.

Daimi atəşkəs yoxdur, fəaliyyətlər dayandırılır

Atəşkəs: Əlavə protokolda "İdlib zolağının relyef zonasında təmas xətti boyunca bütün hərbi fəaliyyətlər 6 Mart 2020-ci il tarixində səhər saat 6: 01-dən dayandırılacaq" ifadələri yer alır. Türkiyə İdlib ilə əlaqədar olaraq "qalıcı atəşkəs" gözlədiyini bildirib.

Prezident Ərdoğan da açılış nitqində qalıcı atəşkəs üçün işlərə sürətlə davam edilməsi lazım olduğunu ifadə etməklə, Türkiyənin gözləntilərinin hərbi fəaliyyətlərin durdurulmasından daha çox olduğunu ortaya çıxardı. Mətndə hərbi fəaliyyətlərin dayandırılmadığı təqdirdə tədbirlərin görülməsi və ya mövcud müşahidə məntəqələri vasitəsi ilə pozuntular barədə məlumat veriləcək fəaliyyətlərin davam edib-etməməsi kimi elementlər yer almayıb.

Hərbi fəaliyyətlər dayandırılsa da, protokolun girişindəki "terrorla mübarizə" nin Rusiya və Suriya orduları tərəfindən davam etdiriləcəyi gözlənilir.

Beləliklə, Rusiya tərəfindən bir daha vurğulandı ki, Soçi Konsensusuna daxil olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən terrorçu elan edilmiş Hayat Tahrir al-Sham və Nusra Cəbhəsi kimi təşkilatlara qarşı mübarizə davam etdiriləcək. Putin öz çıxışında bir daha qeyd edib ki, bu məsələdə güzəşt olmayacaq. Ancaq bu, elan olunan barışığı kövrəkləşdirir.

Türkiyə isə eyni mətnə vətəndaşların və vətəndaş infrastrukturun hədəf alınmasının "üzrlü görülməlidir" ifadəsini əlavə etməklə rejimin hərbi əməliyyatlarının verdiyi ziyanı gündəmə gətirmiş oldu. Prezident Ərdoğan, çıxışında, Suriya ordusunun hücum edəcəyi təqdirdə Türk ordusunun ən ağır şəkildə cavab verəcəyini və Putinin Dəməşq rəhbərliyi üzərindəki təzyiqindən istifadə etməsinin vacibliyini bildirib.

Türkiyə M5 quru yolunun Suriyanın nəzarətinə keçməsinə susub

M4 şossesinə etibarlı dəhliz: Protokol şimaldan 6 kilometr və Hələbi Latakiya ilə birləşdirən M4 magistral yolundan 6 kilometr cənubda etibarlı bir dəhlizin qurulmasını, həmçinin avtomobil yolunun bəzi ərazilərində müştərək patrul xidmətlərini də əhatə edir.

Rusiya və Suriyanın xüsusilə yanvar ayından bəri həyata keçirdiyi əməliyyatın başqa bir məqsədi M4 avtomobil yoluna tam nəzarət etmək olub.

Rusiya Hələbi Şam şəhəri ilə birləşdirən M5 magistral yolunda bu hədəfə çatsa da, M4-də bu məqsədə çata bilmədi. Bu protokolla Rusiya M4 quru yoluna nəzarəti Türkiyə ilə müştərək həyata keçirməli olacaq. Protokolda M5 magistral yolunun qeyd edilməməsi bu strateji magistrala Suriyanın nəzarətinin təsdiqlənməsi kimi görülür.

Tampon və ya təhlükəsiz zona mətndə yoxdur

Protokolun bu maddəsinə "təhlükəsiz dəhliz" yaradılması daxildir. Türkiyənin məqsədi Türkiyə-Suriya sərhədində 30 kilometrlik bir ərazidə etibarlı bölgənin yaradılması və beləliklə, sərhədə yığılan suriyalıları də qoruma altına almaq idi. Protokolun bu maddəsi ilə bağlı qiymətləndirmələr təhlükəsizliyi təmin edilmiş M4 şossesinin istifadəyə veriləcəyini göstərir, yəni bu, Türkiyənin mülki şəxslərin müdafiəsini təşkil etmək planından uzaqdır.

Türkiyə tampon yaxud təhlükəsiz bölgə arzusuna çatmamış görünür. Əvəzində isə Suriyanın ixtiyari yerində yaşayan ehtiyac içində olan Suriyalılara maddi köməyin çatdırılması və evlərindən məhrum edilmiş suriyalıların geri dönməsinin təşkilini mətnə daxil edib.

Ancaq bölgədə vəziyyət təhlükəsiz səviyyəyə çatanadək Suriyalıların evlərinə dönmək ehtimalının olmaması bu fikrin reallaşdırılmasını çətinləşdirir.

 

Rusiya-Suriya nəzarəti altında olan strateji Sərakib şəhəri

Müştərək patrul: Protokolda ayrıca bir bölmədə qeyd olunur ki, 15 mart 2020-ci ildə Türkiyə-Rusiya ortaq patrulları Trumba-dan Ayn-Əl-Havr avtomobil yolunun bir hissəsini nəzarətə götürəcək. Mətndə Trumba şəhərinin strateji əhəmiyyətli Sərakib şəhərindən 2 kilometr qərbdə, M4 və M5 magistral yollarının kəsişməsində olduğu da qeyd olunur. Bazar ertəsi günü Sərakibe girən və bura hərbi polis yerləşdirən Rusiya, bu şəhərin nəzarətində qalacağını qeyd edib.

Türkiyə və Suriya orduları geri çəkilmir

Protokolda qeyd olunmamış əhəmiyyətli bir detal İdlib gərginliyi azaltma bölgəsində iştirak edən Suriya və Türkiyə ordularının mövqeləridir. Türkiyə Suriya ordusunun bölgədən çəkilməsini istəyirdi, ancaq bununla bağlı məqam mətnə daxil edilməyib. Eyni şəkildə Rusiya da Türkiyənin Soçi razılığından sonra yaratdığı müşahidə məntəqələrinin çoxunun funksiyasız qaldığını ifadə edərək İdlibin şimalına çəkilmələrini istəyirdi. Bu protokolda bu məqamların olmaması hər iki ordunun hazırkı hərbi mövqelərini qoruyacaqlarını göstərir.

Yeni xəritələr yoxdu

 

Rusiyanın daha bir vacib tələbi bölgədəki yeni vəziyyətin fonunda İdlib boğazı relyef bölgəsinin sərhədlərini daraltmış yeni bir xəritədə anlaşmaq olub. Daha əvvəl edilən müzakirələrdə Rusiya sahəsi yüzdə 60 nisbətində daraldan bir xəritə təklifi etmiş, ancaq Türkiyə təklifi qəbul etməmişdi. Moskva danışıqları nəticəsində Soçi Konsensusuna əlavə bir protokol olaraq elan edilən mətnin tərifi mövcud xəritə və ona uyğun olaraq yerləşdirilən müşahidə nöqtələri ilə əlaqədar Rusiyanın tələblərinə mənfi cavab kimi qiymətləndirilib.

Bununla birlikdə, M4 magistral yolunu əhatə edəcək etibarlı bir dəhlizin olması gələcəkdə tərəflər üçün faktiki məhdudiyyət deyil. Bu dəhlizin istismarı və birgə patrul qoyulmasının təfərrüatları ilə bağlı müzakirələr də bu baxımdan vacib olacaq.


Ərdoğan Putin görüşündə kim nə qazandı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə koronavirusa yoluxanların sayı 10827 oldu - ÜMUMİ VƏZİYYƏT
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 168-ə çatıb
     31.03.2020
    31 Mart Azərbaycanlıların Soyqırımı günüdür
    Erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi soyqırımından 102 il ötür.
     31.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ