1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.03.2019 21:47:41

“İbadət edən silahsız insanları güllələmək alçaqcasına və əxlaqsızcasınadır”

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyadakı iki məsciddəki müsəlmanlara hücum edən terrorçuların hərəkətlərini alçaqcasına və əxlaqsız adlandırıb.

“İbadət edən silahsız insanları güllələmək alçaqcasına və əxlaqsızcasınadır”, - deyə o bildirib.

Yeni Zelandiyadakı terror aktını törədənin yaydığı “manifest”ə diqqət çəkən Ərdoğan deyib: “Qatil İslam dünyası, Türkiyə və şəxsən mənim ünvanıma təhdidlər səsləndirib”.

O qeyd edib ki, müsəlmanlar radikal və islamofobların təzyiqləri qarşısında geri addım atmayacaqlar və onların səviyyəsinə də enməyəcəklər.

“Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Türkiyə silahsız insanların öldürülməsinin yolverilməzliyi məsələsində prinsipial mövqeyə sahibdir”, - deyə vurğulayıb.

Ərdoğan əlavə edib ki, Yeni Zelandiyadakı terror aktı zamanı 3 türk də xəsarət alıb.


Ərdoğan: Müsəlmanlar düşmənlərin qarşısından geri çəkilməyəcəklər!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tbilisidə İmam Həsənin mövludu və iftar mərasimi keçirilib - FOTO
    Bu axşam Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib
     20.05.2019
    Türkiyə-İran sərhəddində yaşayan kiçik ticarətçilərə qarşı “casus əməliyyatı” - ƏTRAFLI
    Türkiyənin Van şəhərinin Saray və Özalp rayonlarında 14 mayda “İran casusu” ittihamları ilə keçirilən əməliyyat haqqında ətraflı məlumatlar yayılıb.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ