1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.02.2020 11:34:33

Yığıncaqdan sonra bir sıra müqavilələrin imzalanması gözlənilir.

İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycanın paytaxtı Bakıda VIII Türkiyə - Azərbaycan Ali Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana yola düşüb.

  R.T.Ərdoğan birlikdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murad Kurum, enerji və təbii qaynaqlar naziri Fatih Dönməz, gənclik və idman naziri Məmməd Məhərrəm Kasapoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fahrettin Altın, admisitrasiyanın sözcüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidan da Azərbaycana gedib.

  Yığıncaq Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə hər iki ölkənin nazirlərinin iştirakıyla olacaq.

  Şura yığıncağındakı görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri bütün ölçüləriylə nəzərdən keçiriləcək və iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Söhbərlər zamanı ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq.

  Yığıncaqdan sonra bir sıra müqavilələrin imzalanması gözlənilir.


Ərdoğan Azərbaycana yola düşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ