1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.01.2018 17:47:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət Şurasının toplantısında “Dövləti ədalət, təhlükəsizlik, sağlıq və təhsil prinsipləri ilə idarə etməyi əsas götürdük” , - deyə bildirib.

İslamazeri.com iuvmpress.com-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Peyğəmbər həzrətləri buyurmuşdu: “Allah ədalətli olanları sevər”. Dövləti idarə edənlərin birinci vəzifəsi ədalət qoruyub saxlamaqdır. Bizim mədəniyyətimiz ədalət üzərində qurulub. 2015-ci il iyulun 15-də dövlət çevrilişinə cəhd günü və səhərisi dünyanın ədalətini gördük. Türkiyədən qaçıb gedən o məlum terrorçunu ABŞ-da bəsləyən şəxslərdən onun bizə təhvil verilməsini istəyəndə bundan imtina etdilər. Amma 15 il ərzində onlar bizdən 12 terrorçunun təhvil verilməsini istəmişdilər və biz onları təhvil vermişdik. Bütün sənədləri göndərmişik. Onlar hüquqa, qanuna zərrə qədər hörmət etmirlər. Siyasi qərarlarla Türkiyəyə meydan oxumaq yolunu tutublar. Mən bu məsələdə fərqli mövqedəyəm. Mən onların ədalətinə qəti olaraq nə inanır, nə də hörmət edirəm”, – o vurğulayıb.

 

Ərdoğan ABŞ məhkəməsinin Türkiyə vətəndaşı olan iş adamı Rza Zərrabla bağlı qəbul etdiyi qərara da toxunub: “Bu qərarın hüquqla əlaqəsi varmı? Onlar məhkəmədə siyasi bir qərarı açıq şəkildə qəbul edə bilirlər. Ölkəmdə dövlət çevrilişinə cəhd edənləri himayə edirsən, ancaq bizə təhvil vermirsən. Bunlarda ədalət-filan yoxdur. Ədalət Türkiyədədir”.


Ərdoğan: "ABŞ-ın ədalətinə qəti olaraq nə inanır, nə də hörmət edirəm”"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
    Ailə qurmaq istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
     22.01.2018
     Xanım Zeynəbin (s.ə) mübarək mövludu Marneulidə qeyd edildi - FOTO
    Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti tədbir keçirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ