1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:8.01.2021 17:59:37

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda baş verən iğtişaşları şərh edib

 İslamazeri.com AA-ya istinadən xəbər verir ki, sözdə “demokratiyanın beşiyi” adlandırılan ABŞ-dakı proseslər həqiqətən dünya ictimaiyyətini şok edib.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda baş verən iğtişaşları şərh edərkən bildirib.

2013-cü ildəki "Gezi" hadisələrində və 15 iyul 2016-cı ildəki çevriliş cəhdində səssiz qalan və bu mövzuda çox fərqli mesajlar yayan ABŞ və ABŞ mediasına reaksiya göstərən Ərdoğan "O dövrdə də ABŞ-da hakimiyyətdə demokratlar var idi. Demokratlar nə isə Respublikaçıların da eyni olduğunu gördük. Bunun demokratiya üçün bir üz qarası olduğunu görürük. Ümid edirik ki, 20 yanvar tarixindən etibarən Baydenin prezidentlik vəzifəsinin təhvil verilmə mərasimi sakit keçirilər" deyə qeyd edib.

Bundan sonrakı prosesdə Bayden ilə ABŞ-ın dincliyə qovuşmasına  ümid etdiklərini vurğulayan dövlət başçısı “Yeni növ koronavirus (Covid-19) epidemiyası dövrünü yaşayırıq. Belə bir epidemiya dövründə bu prosesin həssaslıqla davam etməsinin vacibliyinə inanıram. Beynəlxalq münasibətlərdə də çox fərqli bir dövrə ABŞ da girməlidir. Ölənlərin ailələrinə səbr, yaralılara da təcili şəfa diləklərimi bildirirəm" ifadələrdən istifadə edib.

Xatırladaq ki, Vaşinqtonda yerləşən Konqres binası qarşısında baş verən etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər ölüb. Konqresin iclası yarımçıq dayandırılıb, konqresmenlərin bir hissəsi təxliyə edilib. İğtişaşları yatırılmasına milli qvardiya cəlb edilib və Vaşinqtonda komendant saatı elan olunub. Aksiya iştirakçılarından 52 nəfəri saxlanılıb.

Etirazçılar binadan çıxarıldıqdan sonra Konqres müzakirələri bərpa edib və Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib.


Ərdoğan ABŞ-dakı iğtişaşlar haqqında: Dünyanı şok etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəhimə Xanım (s.ə) ziyarətgahı - VİDEO LAYİHƏ
    “Shafaqna Azərbaycanca”nın video layihəsi çərçivəsində Rəhimə Xanım (s.ə) ziyarətgahı ilə bağlı hazırladığı videonu təqdim edirik.
     8.04.2021
    Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb - VİDEO
    Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.
     8.04.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ