1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.01.2018 12:01:59

Ramzan Kadırov İrandakı iğtişaşlarla bağlı açıqlama verib

İslamazeri.com  xəbər verir ki, Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramazan Kadırov İranda 28 dekabrda iqtisadi problemlərdən doğan və daha sonra rejim əleyhinə nümayişlərə çevrilən mitinqlərin ABŞ tərəfindən dəstəkləndiyi iddiasını irəli sürüb və Amerikanın İran üçün “Troya atı” hazırladığını bildirib.

  “Twitter” hesabından açıqlama verən R.Kadirov deyib: "ABŞ prezidenti Donald Tramp fürsətdən yararlanıb İrandakı etirazçılara dəstək vermək istəyir. Bundan əvvəl Liviya, Suriya, İraq, Əfqanıstan, Serbiya, Vyetnam və başqa ölkələrin xalqlarına da Amerikadan "yardım" etmişdi... ABŞ İran üçün “Troya atı” hazırlayır.”

Troya atı - müharibədə qalib gəlmək və Troya şəhərinə daxil olmaq üçün yunanlar tərəfindən istifadə edilmiş hiylə haqqında Troya müharibəsi əfsanəsi. 10 illik nəticəsiz müharibədən sonra yunanlar böyük taxta at düzəldirlər və içərisində seçilmiş əsgərləri gizlədirlər. Yunanlar hiyləgərlik edərək özlərini elə göstərdilər ki, guya Troyalılara qələbə kuboku kimi at hədiyyə edirlər. Həmin gecə yunan qüvvələri atdan çıxıb ordunun daxil olması üçün qapıları açdılar. Yunanlar şəhərə daxil oldular və dağıntılar törətdilər.

 


Ramzan Kadırovdan İran və ABŞ açıqlaması: "Troya atı..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • SEPAH İran və Britaniya vətəndaşlığını daşıyan şəxsi saxlayıb
    Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.
     26.04.2018
    ADR Hərəkati: Əhalinin əksəriyyəti pensiya ala bilməyəcək
    Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir,
     26.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ