EURO 2,0949 NEFT 64,8
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:26.01.2018 12:22:52

“Gürcüstanda orta məktəblərdə dinin tədrisində obyektivlik qorunmalıdır”.

Bunu APA-nın yerli bürosuna Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov deyib. O bildirib ki, dinin tədrisi ədalətli olmalıdır: “Tədris zamanı dinlərlə bağlı veriləcək məlumatlar ölkədə tolerantlığın möhkəmləndirilməsinə və dinlərarası mehriban dostluq münasibətlərini təbliğ etməlidir”.

GMİ sədrinin sözlərinə görə, Gürcüstanda bəzi tarix dərsliklərində İslam dini haqqında yanlış məlumatlar yer alıb: “Dərs vəsaitlərinin hazırlanmasına xüsusi diqqətlə yanaşılmalı və dinə zidd məqamlar yer almamalıdır. Dərsliklərin hazırlanmasında müsəlman icmasının mütəxəssislərinin yaxından iştirakı təmin olunmalıdır. Təhsil və Elm Nazirliyi dərsliklərdə yanlışlıqların olduğunu qəbul edib və aradan qaldırılacağına söz verib”.

Qeyd edək ki, Gürcüstanın orta məktəblərində dinin tədrisi bərpa olunacaq. Bununla bağlı aidiyyəti dövlət qurumlarının və ölkədəki bütün dini icmaların nümayəndələrinin iştirakı ilə müzakirələrə başlanılıb. Müzakirələrdə dinin tədrisinin formatı, ayrıca dərsliyin hazırlanması və digər məsələlər nəzərdən keçirilir. 


Ramin İgidov: “Gürcüstanda dinin tədrisi ədalətli olmalıdır”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan nefti ucuzlaşıb
    "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,60 dollar və yaxud 0,90% azalıb.
     21.02.2018
    Cəlilabadda keçirilən
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, Azərbaycanın bütün guşələrində olduğu kimi, əhlibeytsevər Cəlilabadda da Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri keçirilir. Dünən mərasimə ölkənin tanınmış ruhanisi, ilahiyyatçı alim Hacı Fariz Xammədli, Quran qarisi İlkin Həsənzadə və Əhlibeyt məddahı Hacı Möhübbət qatılıblar.
     20.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ