1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.09.2019 11:45:58

İslamazeri.com Portalının baş redaktoru Ramin Bayramov özünün facebook səhifəsində açıqlama yayıb

İslamazeri.com Portalının baş redaktoru Ramin Bayramov özünün facebook səhifəsində MMDİB-indən çoxdan ayrılması ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: 

"Bildiyiniz kimi uzun illər Milli Mənəvi Dəyərlər İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, idarə heyətinin üzvü olmuşam.

Bu illər ərzində təşkilatın işlərini, həmçinin mediada tanınmasına təsisçisi olduğum islamazeri.com saytında imkan yaratmışam.

Hazırda təşkilatla uzaqdan yaxından heç bir əlaqəm yoxdur və hətta üzvü belə deyiləm. Rəhbərlik etdiyim sayt da heç bir təşkilata, heyətə və məndən başqa heç kəsə aid deyil. Bunu oxuyanda bəzilərinin narahat olmasını da anlayıram.

Sual yarana bilər -  Nəyə görə inandığım məramlar, hədəfimi daha dəqiq və təsirli icra etməyimin çətin olacağını bildiyim halda, bu addımı atmağa məni nə vadar etdi?

1. Üzvlüyündən çıxdığım "təşkilat"ın hətta varlığı;  İşləri və fəaliyyəti haqda, idarə heyətinin özü və gördüyü işlərindən xəbərim yoxdur

2. Saytıma dəstəyə imkanlarının olmayacağını mənə bildirməklə əslində mənimlə işləmək istəklərinin olmadığını gördüyümə görə (təbii mən onlardan əvvəl bu fikirdə olmuşam)

3. Zatən uzun zamandır statuslarda heç bir təşkilata bağlı olmadığımı bildirsəm də, bəzi yerdə islamazeri.com saytının adının təşkilat, icma və heyətə bağlı olduğunu və ya onlar tərəfindən maliyə dəstəyi aldığımla bağlı söz-söhbətlər gəzdiyinə görə

4. Şəffaflıq və sədaqətə önəm verdiyimə görə

5. Hacı Abgüllə bağlı mövqelərini başa düşmədiyimə görə...

P.S. Yazdıqlarımı "manevr" olaraq yazmamışam.

P.P.S. Saytın məndən aslı olmayan səbəblərə görə, yaranan borc hələ bağlanmayıb.

Qeyd:  islamazeri.com heç bir partiya, təşkilat, icma, heyət, ictimai birliyin və ruhaninin (ruhaniyə bağlı) saytı deyil, heç bir təşkilat (və sadaladığımız bu tip birliklər) tərəfindən maliyyələşmir. Saytın adından danışmaq, portalın ümumi xətti, saytın fəaliyyətini dayandırmaq, dondurmaq və yenidən fəaliyyətə başlamaq hüququ ancaq saytın sahibi Ramin Bayramova məxsusdur.


Ramin Bayramovdan AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əfqanıstanda terror aktı nəticəsində 5 Gürcüstan hərbçisi yaralandı
    Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.
     11.12.2019
    İmişlidə piyadanın ölümü ilə nəticələnən avtoqəza
    İmişlidə avtomobilin vurduğu piyada dünyasını dəyişib.
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ