Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:31.05.2019 16:40:01

Hacı Şahin bildirib ki, hər kəs müqəddəs orucluq ayında nəzir deyib qurban kəsə bilər

Ramazan ayında qurban kəsməklə bağlı heç bir qadağa yoxdur. İnsanlar ilin istənilən vaxtında qurban kəsə bilərlər. Eləcə də Ramazan bayramı müddətində qurban kəsmək olar.

Bu sözləri Axar.az-a Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Ramazan ayı ərzində və Ramazan bayramı günlərində qurban kəsməyin mümkün olub-olmamasına münasibət bildirərkən deyib.

Hacı Şahin bildirib ki, hər kəs müqəddəs orucluq ayında nəzir deyib qurban kəsə bilər:

“Ramazan ayında qurban kəsmək bəyənilən əməllərdəndir. Bununla bağlı heç bir qadağa yoxdur. Bu ay ərzində də nəzir deyib qurban kəsə bilərsiniz, bundan əvvəl deyilmiş qurbanınızı da Ramazan ayında kəsə bilərsiniz. Bir çoxları əvvəldən deyilmiş qurbanını saxlayıb Ramazan ayında kəsir. Bunda da heç bir qəbahət yoxdur.

Nəzir ibadətdir. Qurban da bu ibadətlərdən biridir. Hər kəs bu ay ərzində qurban kəsib paylaya bilər. Ramazan ayı ərzində mütləq hər kəs qurban kəsməlidir deyə bir anlayış da yoxdur. O demək deyil ki, hər kəs qurban kəsməlidir. Ancaq kimin nəziri varsa, kimsə bu ayda qurban kəsmək niyyətindədirsə, icra edə bilər”.


Ramazan bayramında qurban kəsmək olarmı? - Hacı Şahin

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ