EURO 1,9424 NEFT 62,11
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:03.06.2018 02:11:16

Mübarək Ramazan ayının son cüməsi İslam dünyasında "Qüds günü" kimi qeyd edilir

İslamazeri.com xatırladır ki, Mübarək Ramazan ayının son cüməsi İslam dünyasında "Qüds günü" kimi qeyd edilir. Lakin bu haqda İslam dünyasında kifayət qədər məlumat olmaması və ya məlumatların unudulması üçün bəzi bu günün mesajları, həmçinin məlumatları siz saytımızın əziz izləyicilərinə jurnalist Rövşən Məmmədlinin ötən illərdə İslamazeri üçün yazdığı məqaləni təqdim edirik. Bu günlə bağlı İslamazeri.com tədricən müxtəlif jurnalist və araşdırmaçıların yazılarını təqdim edəcək. Yeni yazı göndərmək istəyənlər də [email protected] email ünvanına göndərə bilərlər.

“Qüds günü”nün əhəmiyyəti

İslami mətnlərə baxmaq kifayətdir ki, Qüds və Məscidi-Əqsanın müsəlmanlar üçün nə dərəcədə əhəmiyyət daşıdığı anlaşılsın. Məhəmməd (s) peyğəmbər Merac səfərinə Məscidi-Əqsadan başlayıb. Müsəlmanların ilk qibləsi də bu məscid olub.

Tarix boyu heç bir müsəlman torpağı uğrunda Qüds və Qüds ətrafı ərazilər qədər mübarizə aparılmayıb. Bu gün bu mübarizə daha artıq şiddət və inamla davam edir. Təəssüf ki, Qərb ölkələrinin dəstəyi ilə yaradılmış qondarma İsrail dövlətinin işğalı nəticəsində Qüds, ümumilikdə isə Fələstin torpaqları sionizmin tapdağı altına düşmüşdür. Bu vəziyyətin yaranmasında müsəlmanların və müsəlman dövlətlərinin laqeydliyini də danmaq olmaz.

İmam Xomeyninin Ramazan ayının son cümə gününü “Qüds günü” elan etməsi müsəlmanların müqəddəs torpaqların işğalına verdiyi ilk təsirli və məntiqli reaksiya idi. İmamın bu addımı unutdurulmağa çalışılan Qüds problemini aktuallaşdırdı və İsrailin Fələstinə təcavüzünün ümumdünya miqyasında tanınmasına səbəb oldu.

Qüds məsələsini nə İslami, nə də ərəblərlə yəhudilər arasında olan bir problem olaraq məhdudlaşdırmaq düzgün deyil. Bu problemin kökündə insanın yarandığı gündən başlayan haqla batil, məzlumla zalımın mübarizəsi durur. Bu səbəbdən “Qüds günü” Qüds və fələstinlilərlə məhdudlaşmaqdan çıxır, qlobal miqyas alır. Bu gün insanlar küçə və meydanlarda Fələstinin yanında olduqlarını bəyan edərkən, əslində, dünyanı əhatə edən zülm sisteminə qarşı öz etiraz səslərini ucaltmış olurlar.

Qüds problemi vicdanla bağlı bir məsələdir. İmam Ramazan ayının son cümə gününü “Qüds günü” elan edərkən, insanların vicdanına müraciət etdi: “Siz kimin yanındasınız?!”. Vicdan insanı millətindən, dinindən, kimliyindən asılı olmayaraq, haqqın və həqiqətin yanında olmağa vadar edir. Bu baxımdan amerikalı sülh aktivisti olan Raçel Korrinin hərəkəti gözəl örnəkdir. “Zülm bizdəndirsə, mən bizdən deyiləm” deyən bu gənc xanım 2003-cü ildə İsrailin fələstinlilərin yaşayış məntəqlərini sökməsinə etiraz etmişdi. Etiraz əsnasında İsrail buldozerlərinin altında qalan Raçel Korri həlak olur. Güclü maddi resurslara və imkanlara sahib ərəb ölkələrinin isə öz din və qan qardaşları olan Fələstini yalnız qoyması, əksinə, sionist rejimi və onun himayədarlarını dəstəkləməsi yenə də vicdanın din, millət kimi amillərdən daha mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Bu fakt Qüds probleminə başqa bir cəhətdən yanaşmağımıza da imkan verir. Belə ki, Qüds məsələsi həm də İslam aləmini 2 hissəyə bölür: Həqiqi islamçılar və Amerika İslamının yolunu gedənlər. İmam Xomeyninin işlətdiyi “Amerika İslamı” ifadəsi Qüds məsələsində özünü daha bariz şəkildə büruzə verir. Həqiqi islamçılar hər addımlarında sionist rejimin cinayətlərin ifşa edərkən və ümmətin ortaq problemi olan Qüds məsələsini qabardarkən, Amerika İslamının yolunu gedənlər bu məsələyə biganə yanaşır və diqqəti daha fərqli istiqamətlərə yönəltməyə çalışır. İkincilərin bütün fəaliyyəti müsəlman aləmində iğtişalar yaratmağa, ümməti parçalamağa və hər vəchlə etiraz və nifrətin İsrailə və onun himayədarlarına yönəlməsinin qarşısını almağahesablanıb. Hazırda bu daha aşkar şəkildə görünməkdədir. Bir yandan İŞİD, Əl-Qaidə tipli terror qrupları cihad adı altında dinc insanları öldürür, şəhərləri, qəsəbələri viran qoyur, digər yandan Əhli-Beyt maarifini yaydıqlarını iddia edən bir qrup ABŞ və İngiltərədən müsəlmanlar arasında ixtilaf yaratmaqla məşğuldur. Zahirdə bir-birinə müxalif olan bu iki qrupu bir ortaq xüsusiyyət birləşdirir: Qüds məsələsinə laqeydlik. Bu da hər iki tərəfin eyni mərkəzdən idarə edildiyini göstərir. Bu baxımdan imamın şiə və sünni cildində olan bu insanlar barəsində işlətdiyi “Amerika İslamı” ifadəsi özündə çox böyük həqiqəti ehtiva edir. Həqiqi İslamı yaşayanlar isə müsəlmanların ilk qibləsi olan Qüdsün azadlığı üçün söz və əməllə çalışır, ən azından “Qüds günü” bu haqsızlığa qarşı olduqlarını nümayiş etdirir.

“Qüds günü” fərqləndirmə günü olduğu kimi, həm də birləşdirmə, vəhdət günüdür. Məzhəbindən, irqindən, millətindən asılı olmayaraq bütün müsəlmanlar birləşir və zülmə qarşı ortaq etiraz səslərini ucaldırlar. Dünyanın müxtəlif yerlərində Qüdslə bağlı nümayişlər, tədbirlər, mərasimlər keçirməklə bu problemi bir yerdə çözməyə çalışırlar. Bunu hər Ramazan ayının son Cümə günü müsəlmanların güc nümayiş etdirməsi kimi də qiymətləndirmək olar. Bu güc nümayişi özündə vəhdət, insaniyyət, zülmə etiraz kimi yüksək dəyərləri daşıyır.

Bu günün təsis edilməsində daha bir səbəb isə Qüdsün İslam nəzərində böyük dəyərə malik olması və oradakı müsəlmanların, dünya müsəlmanlarından yardım istəməsidir. Peyğəmbərin (s) merac etdiyi Əqsa məscidinin yerləşdiyi bu müqəddəs şəhərin hələ də, sionist işğalında olması, müsəlmanlar üçün utancverici haldır. Oradakı müsəlmanların çağırışına cavab vermək isə İslamın tələbidir. Çünki əziz Peyğəmbərimiz (s) “Kim bir müsəlmanın İslam ümmətindən kömək çağırışını eşidə, amma ona kömək etməzsə, məndən deyildir”, - deyə buyurmuşdur. İmam “Qüds günü”nü təsis etməklə müsəlmanları bu çağırışa cavab verməyə dəvət etdi. Bu səbəbdən Qüdsə və oradakı məzlum müsəlmanlara sahib çıxmaq, onun taleyinə biganə qalmamaq hər bir müsəlmanın borcu və vəzifəsidir. Qüdsə sahib çıxmaq, peyğəmbərin əmanətinə sahib çıxmaq, ona biganə qalmaq isə peyğəmbərə xəyanət deməkdir.

Qüds probleminin daim aktual qalmasına çalışan imam, ümmətə mesaj çatdırır. İmam bizə mesaj göndərir ki, İslam üçün əhəmiyyətli olan hər bir məsələ bu cür diri və aktual saxlanılmalıdır. İslam üçün həyati əhəmiyyət daşıyan heç bir məsələni unudulmağa və adiləşməyə qoymaq olmaz. Əks halda, İslamın adından başqa bir şey qalmaz. Əgər İslamın yaralı yeri Qüdsdürsə, Qüdsə sahib çıxmaq lazımdır, əgər hicaba qadağa qoyulursa, hicab müdafiə edilməlidir, əgər İslam alimləri həbs edilibsə, onlara yardım etmək lazımdır. “Qüds günü”nün ən əhəmiyyətli tərəflərindən biri də budur.


Ramazan ayının son cüməsi "Qüds günü"dür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Messi 15 milyon dollara təyyarə aldı
    Təyyarə üçün xüsusi anqar tikiləcək.
     10.12.2018
    Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?
    "Bununla yanaşı, onlar vergi orqanına hər rüb uzrə bəyannamənin təqdim edilməsindən də azad ediləcək."
     10.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ