EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:10.05.2019 09:51:06

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda Rahil Məmmədli 1/4 final mərhələsində erməni boksçuya qələbə qazanıb

İslamazeri.com xəbər verir ki, Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda Rahil Məmmədli 1/4 final mərhələsində erməni boksçuya qələbə qazanıb.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayevin (+91 kq) ardınca Azərbaycan millisinin daha 2 idmançısı adını yarımfinala yazdırıb.

Belə ki, 52 kq çəki dərəcəsində qüvvəsini sınayan Məsud Yusifzadə rusiyalı Bair Batlayevlə qarşılaşıb. Döyüş təmsilçimizin 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

Rahil Məmmədli (91 kq) də 1/4 finalda çıxışını qalib kimi bitirib. O, ermənistanlı boksçu Henrik Sarkisyana heç bir şans verməyərək, layiqli qələbə qazanıb - 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).

Beləliklə, hər 3 boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün bürünc medalı da təmin ediblər.

Onlardan fərqli, Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) özbəkistanlı Kozimbek Mardonova məğlub olub.

Qeyd edək ki, yarışda 15 ölkə yığması mübarizə aparır.


Rahil Məmmədli erməni boksçuya qalib gəlib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Onu Rusiya telekanallarının tok-şoulurına bizim səfirimiz Polad soxmuşdu” - Deputat
    Milli Məclisin deputatı Araz Əlizadə jurnalist Fuad Abbasovun Moskvada saxlanmasının səbəbləri və başqa məqamlar haqda danışıb.
     27.05.2019
    DYP-dən şikayətçiyə cavab - FOTOFAKT
    Cavab məktubunu təqdim edirik...
     27.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ