EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:22.01.2019 15:54:09

Ötən gün saat 19 radələrində Qusar şəhəri F.Musayev küçəsi ilə Dağıstan küçəsinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib.

Ötən gün saat 19 radələrində Qusar şəhəri F.Musayev küçəsi ilə Dağıstan küçəsinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib.

İslamazeri.com Baku.ws-ə istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, rayonun İmamqulukənd kənd sakini, 1986-cı il təvəllüdlü Aslanxanov Elşad Zafəddin oğlu idarə etdiyi "Hyundai Santafe” markalı 90 BR 943 dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri F.Musayev küçəsilə Qusar rayonu Avtovağzal istiqamətində hərəkətdə olan zaman həmin küçənin Dağıstan küçəsilə kəsişməsində 1998-ci il təvəllüdlü Şıxqayıbov Azad İmamnəzər oğlunun idarə etdiyi "VAZ-21154” markalı 38 BX 993 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəzadan sonra "Hyundai Santafe” markalı markalı avtomobil hərəkət etdiyi yolla sol tərəfə doğru istiqamətlənib. Avtomobil səkiyə çıxaraq onunla qarşı-qarşıya gələn piyadaları vrub.

Hadisə nəticəsində 1971-ci il təvəllüdlü Seyfullayev İdris Fevrulla oğlu, 1972-ci il təvəllüdlü Sədiyev Kamran Bilal oğlu və 1974-cü il təvəllüdlü Salmaniv Samir Nəriman oğlunu vurub.

Nəticədə Seyfullayev İdris Fevrulla oğlu və Sədiyev Kamran Bilal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Salmanov Samir Nəriman oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.


Qusarda dəhşətli hadisə - Maşın insanların üstünə çıxdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ