EURO 1,9635 NEFT 79,71
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:06.10.2018 14:50:47

Sentyabrın ikinci yarısından Azərbaycanda almanın yığımı mövsümü başlayıb. Bu il təxminən 300 min ton alma yığılacağı proqnozlaşdırılır.

Sentyabrın ikinci yarısından Azərbaycanda almanın yığımı mövsümü başlayıb. Bu il təxminən 300 min ton alma yığılacağı proqnozlaşdırılır.

Virtualaz.org xəbər verir ki, yığım başa çatmasa da, məhsuldarlıq yüksək, qiymət isə ötən illərə nisbətən 30-40 faiz aşağıdır. Hazırda Bakı bazarlarında Quba almasının kiloqramı 20 qəpik-1 manat 80 qəpik arasında dəyişir. Quba-Xaçmaz  bölgəsində isə almanın kiloqramı 5 qəpikdən də aşağı təklif edilir.

Bu il yaz-yay aylarında havaların qeyri-stabil keçməsi nəticəsində artan xəstəliklər və ziyanvericilərlə mübarizə xərcləri artırdığından məhsulun bağlarda satış qiyməti fermerləri narazı salıb.

Yaxşı almanın alıcısı həmişə var...

Quba-Xaçmaz bölgəsində kəndli-fermerlər əsasən “Royal qala”, “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith”, “Fuji” kimi xaricdən gətirilən sortlara üstünlük verirlər.

Qubalı fermer Babakişi Quliyev deyir ki, birinci nov, yəni təmiz almanın  alıcısı həmişə var və hazırda kiloqramı 50-60 qəpikdən satılır. Rusiya bazarına alma aparanlar meyvəni elə bağdan alır.  Xəstəlik, yaxud ziyanvericilərin təsir etdiyi keyfiyyətsiz almanın kiloqramını isə 4-5 qəpikdən satılır, amma bu almanın alıcısı çox azdır.

“Fermerlərin Rusiya bazarına birbaşa çıxışı bir qədər çətindir.  Qudada isə emal müəssisələri azdır. Buna görə də keyfiyyətisz alma üçün alıcı tapmaqda müəyyən çətinliklər var”, -fermer əlavə edir.

Babakişi Quliyev bu il 1 hektardan  20 ton alma yığıb. Onun sözlərinə görə, 1 hektarda alma becərilməsi üçün təxminən 15-20 min manat xərc tələb olunur. Birinci növ alma becərənlər  hektardan xərclədikləri vəsaitdən iki dəfə çox, bəzən hətta 50 min manat qazanc götürürlər. Məsələn, Qubada super intensiv alma bağları var, hansı ki, bu bağda keyfiyyətli məhsul becərilir, məhsuldarlıq isə hər hektarda 50 tondan çox olur.

Fermerlərin əsas dərdi xəstəlik və ziyanvericilər üçün istifadə edilən dərmanlardır. Onların sözlərinə görə, dərmanlar baha, keyfiyyəti isə əvvəlki illərə nisbətən aşağıdır. Problemlərdən biri də məlumatsızlıqdır, bəzən fermer çox xərcə düşməmək üçün dərmanlardan maksimum az istifadə etməyə çalışır, nəticədə  ikiqat xərcə düşür, məhsulun keyfiyyəti aşağı olduğundan ya ucuz satır, ya da alıcı tapmaqda çətinlik çəkir.

Qusarlı fermer: “Kiloqramını 5 qəpikdən satırıq”

Adını söyləmək istəməyən fermer isə deyir ki, tək onun deyil, Qusarda çoxlarının qazancı almadan çıxır. Bu il məhsulun keyfiyyəti aşağı olduğundan yığımın ilk günlərindən qiymət düşüb.

“Bölgədə yalnız 2 emal müəssisəsi var, onlardan biri Qubada, digəri Xaçmazda yerləşir.  Keyfiyyətsiz, yəni üstü ləkəli, ya da qurd düşmüş almanın kiloqramını 4-5 qəpikdən alırlar. Onlar da bu almadan püre hazırlayırlar. Qınamalı deyil, almadan hazırlanan məhsullara təlabat azdır”, -fermer deyir.

Qusarlı fermer əlavə edir ki, Bakı bazarlarında alverçilərə almanın kiloqramını ən yaxşı halda 20-25 qəpikdən verirlər. Fermerdən 20-25 qəpiyə alınan alma  bazarda 80 qəpik-1 manata, birinci növ alma isə 1 manat 80 qəpik-2 manata satılır. Rusiya rublunun son illərdə dollara nisbətən dəyərdən düşməsindən sonra meyvənin birbaşa Rusiya bazarına çıxarılması əksər fermerlərə sərf etmir.  

Digər fermer Məmməd Məmmədov isə deyir  ki, ona məhsulunu Quba bazarında satmaq sərf edir.  Çünki bölgədə turistlər çoxdur, gün ərzində ən azı 12-13 yeşik alma sata bilirlər: ”Bayaq 4 yeşik alma satdım, pərakəndə satış olsa da,  mənə sərf edir”.

Alma var, alma var...

Məmməd Məmmədov 30 ildir almadan qazanc götürür, ən pis halda xərci borcunu ödəyir, üstəlik 5-7 min manat qazancı olur. Çünki həm də bağbandır, yaşlı olsa da, ən son məlumatları öyrənməyə çalışır.

“Dərmanın keyfiyyəti yaxşı olsa belə çoxları istifadə qaydalarına, ağacların qulluğuna fikir vermir. Hamı çalışır ki. məhsul bol olsun. Amma fikir verin, xarici məhsulları dadına görə deyil, görünüşünə görə alırlar. Məhsul az, keyfiyyət isə yüksək olanda qoyulan xərci ikiqat çıxarmaq olur. Almanın kalibri daha böyük və cəlbedici olduqda yaxşı qiymətə sata bilirik”, -Məmmədov belə deyir.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri seminarlar keçirir, məlumat verir, dərmanlama qaydalarını öyrədirlər. Amma əməl etməyə gələndə fermerlər yenə də bildiklərini tətbiq edirlər.

Ənənəvi bağlar sıradan çıxır

Quba-Qusar zonasında 1970-1976-cı illərdə əkilmiş bağlar dövrünü başa vurub, ənənəvi meyvə bağları yavaş-yavaş super intensiv və ya müasir tipli intensiv bağlarla əvəzlənir. Hansı ki, bu bağlarda məhsuldarlıq yüksəkdir, keyfiyyəti isə yaxşıdır. Eyni zamanda, məhsul ziyanvericilərə, xəstəliklərə qarşı davamlıdır.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov virtualaz.org-a açıqlamasında deyir ki, super intensiv bağlarda məhsuldarlıq hər hektardan 60-70 tona çatır. Bu il ümumilikdə 2640 hektar sahədən alma yığılacaq, məhsuldarlıq orta hesabla hər hektardan 50 ton olacaq.

 

Direktor dərmanlarla bağlı ittihama da münasibət bildirib. Onun sözlərinə görə, bəzən dərmanların istifadə təlimatına düzgün əməl edilmir, məsələn, dərmanın deyilən vaxtda, səhər, yaxud axşam vurulması əhəmiyyət kəsb edir. Eləcə də doza və ya hazırlanma qaydalarına riayyət etmək mütləqdir. Fermer isə həmin təlimata uyğun hərəkət etmir. Nəticədə məhsulun keyfiyyəti aşağı düşür.

Məhsulun 60 faizi xarici bazara gedəcək

Qurbanovun sözlərinə görə, məhsulun ən azı 60 faizi xarici ölkələrə satılacaq. Azərbaycan almasının ən böyük alıcısı Rusiyadır, bundan əlavə, Qazaxıstana, Pakistana, hətta ərəb ölkələrinə də alma ixrac edilir. Hazırda yerli bazarda xaricdən gətirilən alma yoxdur, çünki təlabatı yerli məhsulun hesabına ödəmək imkanı var: “Bölgələrdə anbarlar var, 5-6 fermer birləşib məhsulu anbara qoyur ki, sonradan baha sata bilsinlər. Doğrudur, bəzən saxlanılan alma xarab olur. Amma fermerlərə sərf edir”.

İnstitut direktoru əlavə edir ki, alma istehsalçılarına yanacaq və motor yağlarına görə hər hektara 50 manat subsidiya ödənilir. Ayrıca bölgələrdə suvarma problem də yoxdur. Ənənəvi bağların yavaş-yavaş super intensiv bağlarla əvəzlənməsindən sonra alıcı problem də olmayacaq.


Qusarda 5 qəpiyə, Bakıda 1 manat 80 qəpiyə...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Trampdan etiraf: Ordumuz Çin və Rusiyadan geri qalır
    "Birinci onlar başladılar."
     15.10.2018
    Kim Çen In ABŞ-ın bu istəyinə
    Şimali Koreya lideri ABŞ-ın dövlət katibinin xahişinə mənfi cavab verib.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ