1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.06.2019 11:15:57

Yağan dolu Qusarın bir sıra kəndlərində biçilməmiş taxıl zəmilərinə, tərəvəz sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub.

İslamazeri.com arb-yə istinadən xəbər verir ki, dünən günorta saatlarında 5 dəqiqə ərzində yağan dolu Qusarın bir sıra kəndlərində biçilməmiş taxıl zəmilərinə, tərəvəz sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub.

Güclü küləklə müşayət olunan dolu nəticəsində Çiləgir kəndində ağaclar aşıb, bir evin dam örtüyü sıradan çıxıb.

Çiləgir və Urva kəndlərindəümumilikdə 40 hektara yaxın taxıl, 27 hektar tərəvəz sahəsi yararsız vəziyyətə düşüb. Elektrik naqilləri sıradan çıxıb.

 Dolu Quba rayonunun bir sıra ucqar yaşayış məntəqələrində də fəsadlar törədib. Meyvə bağlarına, taxıl sahələrinə, kələm, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan dəyib. Dolunun fəsadları ilə bağlı müraciətlər araşdırılır.


Qusara dolu yağdı, təsərrüfata ciddi fəsad törətdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ