EURO 1,8355 TRY 0,2801
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:24.01.2019 13:10:56

Bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“Məlumat bolluğu olan dövrdə, heç bir informasiya-kommunikasiya texnologiyası (İKT) istifadə etmədən, quru dərs keçməklə şagirddə maraq yaratmaq mümkün deyil”.
“Ölkə.Az” xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bugünkü gənclər texnologiyanın ən geniş istifadəçisidir və buna maraq göstərirlər: “Bunlar şagird üçün bir öyrənmə vasitəsi olmalıdır. Müəllim məzmunu düşünüb, İKT tətbiq etməklə şagirdlərə ötürməlidir. Son illər məktəblərdə yaradılan yeni şərait, infrastruktur, İKT avadanlıqları ilə təchizat işi xeyli yaxşılaşır, amma bununla yanaşı, bütün bu yeniliklərdən istifadə etməyi, onu gündəlik həyatda tətbiq etməyi bacaran təhsil verənlərə və onların hazırlığına ehtiyac var. Qarşıda duran prioritet vəzifələrdən biri də məhz müasir təhsil verənlərin hazırlanmasıdır”.

Artıq bu ilin sentyabr ayından etibarən məktəblərdə yeni innovativ yanaşmaların tətbiqinə başlanacağını deyən M.Vəliyeva qeyd edib ki, bunun üçün pilot məktəblər müəyyənləşdiriləcək: “Oradakı təcrübə sınaqdan keçdikdən sonra paralel olaraq ölkənin başqa məktəblərinə də ötürüləcək”.


“Quru dərs keçməklə şagirddə maraq yaratmaq mümkün deyil” - Nazir müavini

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin köməkçisi Surkovu işdən çıxardı
    Rusiya Prezidenti Vladimir Putin köməkçisini işdən çıxarıb.
     19.02.2020
    Ən çox bu rayonların polisindən şikayət var - SİYAHI
    Bu haqda Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb
     19.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ