Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:6.02.2020 11:07:23

İsrail əsgərlərinin Qüdsdə küçənin ortası ilə rahat getməsinin sonu ağır nəticələr verib

İsrail əsgərlərinin Qüdsdə küçənin ortası ilə rahat getməsinin sonu ağır nəticələr verib.

İslamazeri.com xəbər verir ki, 5-dən 6-sına keçən gecə İsrail əsgərləri Qüdsün keçmiş dəmiryol stansiyası adlanan yerdə qəfil avtomobillə hücuma məruz qalıblar.

Qolanı briqadasının 15 əsgəri hücum zamanı yaralanıb. İsrail mediası rəsmilərə istinadla bildirir ki, 13 əsgər yüngül xəsarət alıb, lakin 1 əsgər ağır halda reanimasiyaya çatdırılıb, digər bir əsgər isə orta ağır vəziyyətdədir.

Hücumu hələ ki, heç bir qrup öz üzərinə götürməyib. Hücumu həyata keçirən şəxsin isə hadisə yerindən qaçdığı və hazırda onun tutulması istiqamətində axtarışların davam etdiyi önə çəkilir.

Qeyd edək ki, Trampın "Əsrin sazişi" adlı Qüdsün tam olaraq İsrailə verilməsi və işğalın leqallaşdırılmasına qarşı yeni intifazənin başlanacağı ehtimal olunurdu.


Qüdsdə maşını İsrail əsgərlərinin üstünə sürdülər; 15 yaralı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycandakı dini konfessiya rəhbərləri II Şəhidlər xiyabanını ziyarət edib
    Bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib.
     26.09.2022
    Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib
    Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
     26.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ