1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:25.05.2020 11:08:54

24 mayda İslam Dünyasının bir çox yerində olduğu kimi Fələstində də bayram qeyd edilirdi...

İslamazeri.com: Fələstin, Qüds, Əl-Əqsa məscidi. Bu adların hər bir müsəlmanın qəlbində özünə xas yeri vardır.

Müsəlmanlarının ilk qibləsi, Peyğəmbərimizin buradan meraca ucalması, işğal altında olması...

Lakin burada müsəlman olmaq özü bir böyük şücaət və qəhrəmanlıq istəyir.

Belə qəhrəmanlardan biri dünən bayram namazına tələsən 60 yaşlı Məhəmməd əmidir (ad şərtidir).

...Sübh namazını qılan Məhəmməd əmi bayram sevincilə təmiz paltarlarını geyindi. Güzgünün qabağında dayanıb ağ saçlarına nəzər saldı. Bir az fikrə getdi.

Artıq uzun illər idi o işğalçıların nəzarəti altında məscidə gedir və təzyiqlə üzləşirdi. 

Lakin o minlərlə fələstinli kimi buna alışmış,  İslam, Qüds,  Əl-Əqsa məscidi uğrunda mübarizəsindən əl çəkməmişdi.

 - Gec qala bilərəm. Yasin kişi gəlib məni gözləyir. Tez ayaqqabımı geyinib çıxım.

Evdən çölə çıxdı, hamı bayram əhval ruhiyyəsində idi. Təkcə Yasin kişi yox, məhəllənin daha 4-5 kişisi də onu gözləyirdi.

Ahıl kişilər salamlaşdıqdan sonra, Əl-Əqsa məscidinə tərəf getməyə başladılar.

Məhəmməd əmi yenə fikirləşməyə başladı...

 - Bu yaşıma çatmışam, amma bu cür qarmaqarışıqlıq görməmişəm. Bu başı dərdli Qüdsdə çox şey gördük, amma  səmimi kasıb süfrəsi  də olsa iftarlarımız olmadı. Namaza gedə bilmədik. Məsciddən uzaq qaldıq...

Koronavirusa görə, məscidlər bağlı, təzyiq və zülm daha şiddətli idi. 

Məscidə yaxınlaşana qədər 3 postu keçdilər. Əqsa məscidinin al-Asbat qapısına yaxınlaşdılar. Orada çox sayda fələstinli durub namaza hazırlaşırdı. Dərd-qəm içində olan qüdslülər bayram əhval ruhiyyələrini saxlamağa çalışırdılar. Budur "Allahu Əkbər, Allahu Əkbər".

Hamı namaz səfinə düzüldü. 

İşğal polisi və əsgərləri də onları mühasirəyə almışdı. Bu il onları bir şey fərqləndirirdi. Üzlərində olan koronavirusdan qorunmaq məqsədilə taxdıqları maskaları.  Koronavirusa görə, məscidlər bağlı, insanların çölə çıxması ciddi problemlərlə müşaiyət olunurdu. 

...Birdən hay-küy qopdu. Polislər insanların üstünə hücum etməyə başladı. Heç kəs bir şey anlamamışdı. Məhəmməd əmi namaz əsnasında ayağa qalxdı. Elə bu zaman işğalçı əsgərlər ikisi ayağından, biri iki əlindən tutaraq harasa aparmağa çalışırdı. İşğalçı əsgər və polislər hamını sıxışdırır, gözyaşardıcı qazdan istifadə edir və dəyənəklə vururdu.

...Başına, bədəninə zərbələr alan Məhəmməd əmi zərbələrin ağrısından çox əziyyət çəksə də, ağrıdan inilti səsi yox,  qəzəb və etiraz səsini ucaldırdı. Ayaqqabıları da ayağında yox idi. İşğalçılar ona hücum edən sırada ayaqqabıları yerə düşmüşdü.

  İşğalçılar onu və bir neçə fələstinlini zorla zirehli maşınlara saldılar.  Məhəmməd əminin gözü Yasin kişiyə sataşdı. Orada nə olacağı məlum olmadığından uca səslə dedi:

 - Bayramımız mübarək, Allah Böyükdür,  Haqqınızı halal edin! Bir gün mütləq azad edilmiş Qüdsdə namazımızı rahat qılacağıq. Bu günü Allah müsəlman ümmətinə nəsib edəcək!

P.S. Fələstində, Qüds Əl-Əqsa məscidi yaxınlığında Al-Asbat qapısı önündə dünən (24 may 2020) həqiqətən bir yaşlı kişi döyülüb, bayram namazına gələnlərə hücum olub. Hekayə namazda döyülən ahıl kişiyə həsr edilir...

Ramin Bayramov/ İslamazeri.com


Qüdsdə bayram namazında döyülən qoca kişinin kiçik hekayəsi - VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.
     30.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ