EURO 1,9349 NEFT 56,54
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:02.03.2018 19:46:24

Qüds telekanalının rəhbəri Nürəddin Şirin bir müddət əvvəl bağlanan, sonra fəaliyyəti bərpa edilən "KudusTV"(QüdsTV) o cümlədən ON4TV-nin bağlanmasında birbaşa Azərbaycanın rolunun olduğunu hesab etməyi düzgün hesab etmir

İslamazeri.com xəbər verir ki, "xeberman.com" saytı, Türkiyənin tanınmış junalisti "KudusTV"nin rəhbəri Nürəddin Şirindən müsahibə alıb.

Nürəddin Şirin  bir müddət əvvəl bağlanan, sonra fəaliyyəti bərpa edilən "KudusTV" o cümlədən ON4TV-nin bağlanmasında Azərbaycanın birbaşa rolunun olmasını düşünməyi düzgün hesab etmədiyini bildirib. 

"Doğrudur, hal-hazırda Türkiyə ilə Azərbaycan dövləti arasında isti siyasi münasibətlər var.  Amma bizim Qüds TV-nin bağlanmasında, ya da On4 TV-nin bağlanmasında Azərbaycan dövlətinin bir-başa təsiri və təyziqi olduğunu düşünmək mənim fikirimcə doğru deyil. Çünki bu daha çox Türkiyədə Suriya məsələsindən sonra məlum bir cinahlar, hökümətin üzərində təsiri olan cinahlar daxildə ,bir də Ərəb rejimləri Səudiyyə Ərəbistanı, Qətər (red: o dönəmdə Səudiyyə ilə əlaqəsi yaxşı olan vaxt) Türkiyədə siyasi münasibətlər, həm də iqtisadi münasibətlər həm Suriya məsələsində bərabər hərəkət edirdilər. Türkiyədə dediyim kimi içəridə bəzi qruplar var ,kəsimlər var ki, İslam İnqilabına, İslam Cümhuriyyətinə ,Hizbullaha və bir sözlə müqavimət cəhbəsinə qarşı düşmənçiliq edirdirlər. Bunlar təbii ki, hökumət içində təsirləri var. Əlbəttə bizə qarşı yanlış "qara piar"lar oldu. Məsələn bizim Qüds TV-üçün guya, Türkiyənin milli mənfəətinə , milli əmniyyətinə qarşı onun ziddinə verlişlər verdiyimizi söylədilər.  Türkiyənin Suriya və İraqdakı siyasətinə  etiraz etməyimiz,  "Haşdi Şabi" məsələsində hökumətin siyasətinə etiraz etməyimiz , Suriya məsələsində Türkiyənin xarici siyasətinə etiraz etməyimiz bunlar  - dövlətin nəzərinə görə,  milli təhlükəsizlik əleyhinə kimi dəyərləndirildi. Mən bu kanalların bağlanmasında Azərbaycanın heç də təsiri olmadığını demirəm, var idi, amma əsas təsir əvvəldə qeyd etdiyim məsələlər idi.", -deyə Nürəddin Şirin qeyd edib.


Qüds TV, ON4TV-nin bağlanmasında Azərbaycan hökümətinin rolu olubmu? - Nürəddin Şirin cavab verdi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Karadavinin qızı və kürəkəninin nəzarət müddəti uzadılıb
    Aəla Karadavi ilə həyat yoldaşı "qeyri-qanuni təşkilata üzv olmaq" ittihamı ilə yarım ildir nəzarətdə saxlanılır.
     19.12.2018
    Bakıda avtobus qadın piyadanı vurub öldürdü
    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     19.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ