EURO 1,9745 NEFT 75,55
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:07.06.2018 13:39:06

Mübarək Ramazan ayının son cüməsi İslam dünyasında "Qüds günü" kimi qeyd edilir

İslamazeri.com xatırladır ki, Mübarək Ramazan ayının son cüməsi İslam dünyasında "Qüds günü" kimi qeyd edilir. Lakin bu haqda İslam dünyasında kifayət qədər məlumat olmaması və ya məlumatların unudulması üçün bəzi bu günün mesajları, həmçinin məlumatları siz saytımızın əziz izləyicilərinə yazar Kamal Yaşarın ötən illərdə İslamazeri üçün yazdığı məqaləni təqdim edirik. Bu günlə bağlı İslamazeri.com tədricən müxtəlif jurnalist və araşdırmaçıların yazılarını təqdim edəcək. Yeni yazı göndərmək istəyənlər də [email protected] email ünvanına göndərə bilərlər.

"Qüds günü və onun əhəmiyyəti

Mövzu ilə bu günə qədər məsələni və onun mahiyyətini tam təfsilatı ilə ələ alan bir çox məqalələr yazılıb, fikirlər söylənilib. Ancaq bu yazıda “Qüds günü” ilə bağlı bəlkə də diqqətdən kənarda qalmış və toxunulmamış irili-xırdalı hansısa məqamlara diqqət çəkməyə çalışacam. Bu günün təsisi, ümumiyyətlə təsis olunma şəraiti, sonrakı mərhələlərdə faiz etibarilə hansı səviyyədə irəlilədiyi tarix və siyasətlə orta səviyyədə maraqlanan hər kəsə məlumdur. Bu baxımdan keçmişə, gedilən yola nəzər salaraq bu sualı vermək lazımdır – “Qüds günü”  nə qədər əhəmiyyətlidir? Onun keçirilməsi nələrin qazanılmasına səbəb olub? Keçmişdəkilərə nəzərən onun gələcək perspektivləri nələri vəd edir? Əlbəttə bütün bu suallara cavab verildikdən sonra (ki, bu, başqa bir mövzudur) yenidən bəzi məsələlərə diqqət yetirmək lazım gələcək. Bir də, önəmli olan bizim bir fərd olaraq bu məsələyə hansı kontekstdə yanaşmağımızdır. Yəni məsələn mənə – bu yazını yazana və yaxud mənə – bu yazını oxuyana görə bu günün əhəmiyyəti hansı səviyyədədir? Ümumuiyyətlə əhəmiyyətli olmalıdırmı, yoxsa yox? Olmalıdırsa hansı səviyyədə olmalıdır? Axı bu günün qeydi, hansısa coğrafi zonallıqlara görə də dəyişir. Axı bu günü israrla qeyd edən və bu günün qeyd olunmasına israrla təpki göstərənlər də coğrafi zonallığına görə müxtəlif şərtlər və qanunlar daxilində yaşayan insanlardır. Bəs bu gün bir azərbaycanlı üçün hansı əhəmiyyətə malikdir? Bəs bu gün, inanclı və yaxud inancsız azərbaycanlı üçün hansı əhəmiyyətə malikdir? Bir az da irəli getsək, bu gün, inanclı, ancaq fərqli məzhəblərə sahib azərbaycanlı üçün nə qədər əhəmiyyətlidir? Bütün bu və mətn boyu bundan sonra veriləcək suallar, əslində elə bu yazının və onun toxunduğu mövzunun çözülməsinə, aydınlanmasına xidmət edir və mahiyyət etibarilə bu məqalədə toxunulan mətləblərin elə buradaca bitməməsi və dəyərli oxucunu yazıdan sonra da fərdi istəyi və əzmi sayəsində hansısa qaranlıqlara işıq tutmağa sövq edir.

 Ümumiyyətlə bütün məsələlərdə təqdimat çox önəmlidir. Elə isə bu günün təqdimatı indiyə qədər hansı səviyyədə olub. Mən “Qüds günü”nün sərhədləri aşaraq başqa ölkələrə etdiyi təsirdən yox, orada nə cür təqdimatından yox məhz Azərbaycan reallığından danışıram. Əgər bu gün, həqiqətən də haqqa, ədalətə dəvətdirsə, zülmə etirazdırsa, o zaman niyə indiyə qədər Azərbaycandakı yayılma arealı ancaq məscid divarlarından o tərəfə keçə bilməyib? Məscid daxilindəkilərmi bu günün şüarlarının həqiqətinə inanmır, yoxsa məscid ətrafındakılarınmı bu ideallara inanmır? Niyə dünyada fərqli səpkilərdə bu qədər səs-küyə səbəb olan bu gün Azərbaycanda ancaq 3 – 5 dindarın söhbət mövzusudr? Bəyəm bu gün ancaq dindarlar üçündür? Əgər ancaq dindarlar üçündürsə o zaman niyə bəzən dindarlar ümumun adından danışır? Yox əgər hamı üçündürsə o zaman niyə bu gündən hamının xəbəri yoxur? Bu gün bizim reallıqda əksəriyyət üçün “Qüds günü”nü təsis edən adam, adı çəkiləndə dərhal ağız büzülən hansısa mühafizəkar bir saqqallı kişi imicindədir. Bu isə təbii ki öz başına baş verməyib, zamanla qəlibləşdirilib. Savadsızlıq isə bu qəlibləşməyə yetərincə köməklik göstərib. İnsanlar hansısa təlqin və təbliğlərdən sonra  kortəbii şəkildə bəzən həqiqətləri belə inkar edəcək qədər kiçildilib. (bu da ayrıca bir mövzudur) Bəs elə isə nə etməli? İnsanlar yanlış bildikləri bir adamın təsis etdiyi günün və onun ideallarının doğru olduğuna inanarlarmı? Abzasın əvvəlində qeyd etdiyim təqdimat məsələsinə qayıdıram. Bəli, təqdimat önəmlidir. Əgər hansısa bir tərəf hər hansı bir idealları təbliğ edirsə, o zaman əvvəlcə özü özünə və öz ideallarına inanmalıdır və paralel olaraq da qarşı tərəfi inandırmalıdır. Bunun üçün hansısa hiylələrdən və monipulyativ təklif və dəvətlərdən istifadə etmək lazım deyil. Məsələn avropa.info saytı kimi saytın adını Avropa qoyub içində isə Səudiyyə Ərəbistanının ideallarını aşılamaq. Və yaxud daha da ustaca davranıb insanların emosiyalarından istfadə etmək. Məsələn son zamanlar gündəmdən düşməyən Şərqi Türküstan məsələsi kimi. Məhz bu məsələdə siyasi idarəçiliyi elə öz rəhbərləri tərəfindən də çox zaman hisslər və duyğular üzərindən aparılan Türkiyə cəmiyyətini aldatmaq elə də çətin olmadı. İnsanlara bir-iki qurama səhnə fotoları və bunların sosial şəbəklərdə davaml piyarı kifayət etdi ki, meydanlara axışsınlar, harda gözüqıyıq adam gördülərsə çinli bilərək basıb döysünlər və.s (Baxmayaraq ki, elə Türkiyənin özündə Banu Avar bunun əksini iddia edən kifayət qədər foto və araşdırmalar təqdim etmişdi)Elə bizim insanımız da bu küləyin istiqmətinə əsdi. Bizdə də Çin əleyhinə hansısa etirazlar filan oldu. Çünki manipulyasiya məhz həssas hisslər üzərindən aparılmışdı. Bunların isə müasir dünyada hansı vasitələrlə və necə, nəyə hesablanaraq həyata keçirildiyi gün kimi aydındır. Ancaq bütün baş verənlər bir gün hər kəsə məlum olacaq. Elə aldananların özünə də. Onsuz da günümüzün insanları, düşünə bilən, düşünməyi istəyənlər ağı-qaradan seçməyi bacarırlar. Demək ki onlara sadəcə ağı və qaranı göstərməyi bacarmaq lazımdır, hissləri ilə oynayıb öz tərifnə çəkib sonda özünə söydürmək yox.Əgər ağ və qara olduğu kimi göstərilsə bizim insanımız görəcək ki, onun öz torpağının 20 faizi işğal olunduğu kimi başqa bir belə dərdi olan da var. O zaman onun da ürəyi yanacaq. Əgər ağ və qara olduğu kimi təqdim edilsə insanlar, mayası təmiz olanlar haqqın yanında olmağı seçəcəklər. Heç nə edə bilməsələr belə ürəkləri, ruhları və düşüncələri ilə haqqın yanında olacaqlar. Həm onsuz da söhbət Azərbaycan reallığından gedirsə bu günün insanlar üçün hansısa fövqəladə bir öhdəlikləri yoxdur. İnsanlardan sadəcə ruhlarının şəhadət barmağını qaldırmaqla bu məsələdə haqqın yanında olmalarını bəyan etmələridir ən böyük gözlənti. Başqa nə ola bilər ki? Bəli, başqa ölkələr, umumiyyətlə başqa topluluqlar üçün bu göstəricilər dəyişə bilər. Məsələyə bu gün dünyada baş verən hadisələrin fonunda nəzər salsaq “Qüds günü”nə münasibətin və onun qeydinin ölkələrə görə onsuz da fərqli olduğunu görəcəyik. Bu, tam başqa bir məsələdir. Bu gün dünyada bütün oyunlar açıq oynanılır. Qərb-Avropa və İran-Rusiya-Çin cəbhəsi. Bu cəbhələrin arasındakı münaqişələr, soyuqluqlar. Bu ölkələrin bu məsələdə ikinci dərəcəli əhəmiyyətli olan ölkələrə təsiri və oyuna onların da daxil olmaları. Və məlumdur ki, məhz “Qüds günü” ilə də bağlı bu ölkələrin münasibətləri fərqlidir. Bir də bütün bunların fonunda Azərbaycanın mövqeyi. Məlumdur ki, bizim də ən yaxın qonşularımızdan tutmuş, həndəvərimizdən ən uzaqda olan ölkələrə qədər kəsişən və üst-üst düşən maraqlarımız var.  Vətəndaş olaraq da ilk işimiz bu məsələlərdə maksimum həssas olmaqdır. Çünki məsələyə real yanaşsaq görürük ki, məhz bu günün təsisi İran İnqilabının rəhbərinə aiddir. Yuxarıda qeyd etdiyim məqam, yəni bu gün  kəsişən və üst-üstə düşən məqamlar isə bu ölkə ilə də aramızda kifayət qədərdir. Belədə isə ancaq ayıq başla düşünmək gərəkdir. İnsanlara hansısa ideyanın, idealların fərddən, ruhdan doğduğunu, bunun siyasi məsələlərə heç bir aidiyyatı olmadığını anlatmaqdır ən mühüm məsələ. Kimsə “Qüds günü”ndə bizdən əlimizə avtomat götürüb gedib harasa, kiməsə atmağı istəmir. Yuxarıda da qeyd etdiyim kimi bir insan olaraq bizə düşən bu məsələdə mənəvi cəbhəmizi müəyyən etməkdir. Onsuz da bu gün hər şey gözlər önündə baş verir. Qalan şeylərin mahiyyəti və təqdiri isə ancaq Allaha agahdır – ta bu dünyada, yer kürəsində baş verənlərdən tutmuş, öz içimizdə, öz fərdi dünyamızda baş verənlərə qədər. Sadəcə bizə düşən ən normal və ən sivil şəkildə insanların bu və bu kimi məsələlərə duyarlılığını artırmaq lazımdır. Məsələn, əgər bizdən ikinci dünya müharibəsində yəhudi-alman münasibətləri haqqında soruşsalar ağlımıza avtomatik olaraq gələn ilk səhnələr “Pianoçu”, “41-ci ilin yazı”, “Həyat gözəldir”, “Şindlerin siyahısı” və digər bu kimi filmlərin təlqinləri olacaq. Çünki bu gün kimsə onu gözü ilə görməsə də kimlərsə hadisələrin məhz belə olduğunu diktə edən filmlər çəkdirib. Ancaq bu gün kiməsə Fələstinin zülmə məruz qaldığını hansısa yalan-palanla, emosional vasitələrlə izah etməyə ehtiyac yoxdu, hər şey hər kəsə aydındır. Fələstin məsələsində bizim məsuliyyətimizi bir az daha artıran isə onların da bizim kimi müsəlman olmaları, dolayısıyla həm də din qardaşı olmağımızdı. Elə isə nədir bu sivil yolla insanların duyarlılığını artırmaq, onların diqqətini məsələyə çəkmək? Məsələn məlum “Şarli hebdo” jurnalının redaksiyasına olan hücumu xatırlayaq. Həmin ərəfədə bu hadisə günlərlə dünyann hər yerində efirlərdən düşmədi və efirlər bir yana, bu məsələyə sosial şəbəkələrdə də diqqət maksimum həddə çatdı. Həmin hadisəni qınamaq məqsədilə yaradılan haştağ uzun zaman aktiv və lider oldu. Halbuki əslində hələ o məsələnin mahiyyəti başqa idi, görünən və görünməyən çox tərəfləri vardı və.s Ancaq istənilən halda o hadisənin piyarı üçün seçilən yol özü doğru idi. Bəs “Qüds günü”ndə nə baş verəcək, hansı adla yaradılan haştağ dünyada deməyək, elə Azərbaycanda səs salacaq, diqqət çəkəcək? Yoxsa yenə hansısa məsciddə, hansısa aqressiv bir molla kimlərəsə quru lənət oxuyacaq (və ayrıca oxuduğu bu lənət də məscidin divarlarından o tərəfə aşmayacaq) və insanlara yalnız saxta və gərəksiz aqressiya yükləyəcək?

 Bu mövzu ilə bağlı təfərrüatına qədər çox şey demək olar. Bu, hər şeydən əlavə fərdi-mənəvi məsələdir. Qısaca desək məsələ budur ki, bir məramı yaymağa, ictimailəşdirməyə iddialı olan fərd və yaxud topluluq əvvəlcə özü buna araşdıraraq inanmalı və ardınca da ən uyğun vasitələrlə insanları buna inandırmalıdır. Hədəf isə birdir – insanların duyarlılığını, ictimai-sosial-siyasi həssaslğını, haqqpərəstliyini, zülmə etiraz hissini oyaq saxlamaq. Bu qeyd olunanlar isə həm də ərazisinin 20 faizi işğal altında olan, torpağı şəhidlərinin qanı ilə yoğrulan, haqsız zülmə məruz qalan ölkə olaraq bizim cəmiyyətimiz üçün son dərəcə əhəmiyyətlidir. Fikirlərimi müsəlman sosioloqu Əli Şəriətinin bir sitatı ilə tamamlayıram – “Əgər haqqı bərpa edə bilmirsinizsə, o zaman onu bəyan etməklə diri saxlayın.”

İslamazeri.com


Qüds günü və onun əhəmiyyəti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Yəməndə mülkü evləri hədəfə aldı: Uşaq və qadınlar öldürüldü - FOTO (18+)
    Səud rejimi Yəməndə məğlubiyyətinin əvəzini mülkü vətəndaşlardan almaqda davam edir
     23.06.2018
    Müdafiə sənayesi naziri Yavər Camalov dünyasını dəyişib
    Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib.
     23.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ