Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.10.2021 13:11:51

“Bəziləri deyir, çatmışdıq Xankəndiyə, niyə götürmədik? Amma deyən yoxdur ki..."

“YAP-da aparılan islahatlardan sonra partiyanın canlanması digər siyasi partiyaların da aktivləşməsinə gətirib çıxaracaq”.

İslamazeri.com xəbər verir ki, bunu BAXCP sədri Qüdrət Həsənquliyev Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.

BAXCP sədri bildirib ki, xalqımız çox böyük qələbəyə imza atıb: “Bu qələbənin üstünə kölgə salmaq istəyənlər var. Azərbaycana qarşı bu gün informasiya savaşı gedir. Bizim də borcumuz bu savaşda öz sözümüzü deməkdir. Əslində, bu savaşı Qərbdəki ermənipərəst qüvvələr başladıb, Azərbaycanda isə bu savaşa qoşulanlar onların piyadalarıdır”.

Q. Həsənquliyev Azərbaycanın qələbə qazanmasında Rusiya-Ermənistanın münasibətlərinin gərgin olmasının da rol oynadığını vurğulayıb.

Xalqa reallıq hissini təlqin etməyin vacibliyini vurğulayan BAXCP sədri müharibə vaxtı Xankəndi şəhərinin niyə azad edilmədiyi barədə deyilənlərə də münasibət bildirib: “Bəziləri deyir, çatmışdıq Xankəndiyə, niyə götürmədik? Amma deyən yoxdur ki, Xankəndini götürsəydik, böyük güclərin buna reaksiyası necə olacaqdı? Birinci Qarabağ müharibəsində biz bunun acı nəticələrini görmüşdük. Xalqı reallıq hissindən uzaqlaşdırmaq olmaz”.


Qüdrət Həsənquliyev Xankəndi şəhərinin niyə azad edilmədiyi barədə deyilənlərə münasibət bildirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ