Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:6.11.2018 14:51:33

Quba rayonunda arvadını qaçırmış Elşad Əsədovu öldürməkdə təqsirli bilinən Şahmar Əsədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Quba rayonunda arvadını qaçırmış Elşad Əsədovu öldürməkdə təqsirli bilinən Şahmar Əsədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Quba rayon Məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə baş tutan prosesdə müstəntiqin vəsatəti təmin olunub.

Şahmar Əsədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan əvvəl Quba rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevin sədrliyi ilə baş tutan prosesdə bu cinayətin digər iştirakçıları qaçırılan gəlinin atası Sadiq Dadaşov, onun qohumları Zabit Yolçuyev, Mətləb Muradov və Pərviz Əsədovun barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Quba rayon sakini Elşad Əsədovu qohumları - Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqancliq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb.

Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

Cinayəti törədən şəxslər polis və prokurorluq əməkdaşları tərəfindən yaxalanıb.

Onu da əlavə edək ki, istintaq gedişi zamanı kəndin 100-ə yaxın sakini istintaqa cəlb olunub, dindirilib, saxlanılabnların sayının 10-a yaxın olduğu bildirilir.


Qubada arvadı qaçırılan kişi barəsində məhkəmə qərarı açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ