1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:11.05.2020 14:40:05

Qubada çayı keçmək istəyən iki avtomobil sel sularının altında qalıb.

İslamazeri.com Kəpəztv-yə istinadən xəbər verir ki, Ağstafada güclü yağış fəsadlar törədib. Rayonun Yuxarı Göycəli kəndində Həsənsu çayının üzərində yerləşən körpünü sel aparıb. Körpüdən Köçəsgər, Eynallı, Yuxarı Göycəli, Tatlı, Köhnə Qışlaq və Yaradullu kəndlərinin sakinləri istifadə edirlər. Aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub. Bundan başqa, Yuxarı Göycəli kəndində 2 körpünü də sel aparıb.

Qubada da sel fəsadlar törədib. Vəlvələçayını keçmək istəyən “Niva” və “UAZ” markalı nəqliyyat vasitəsi suyun altında qalıb. Nəqliyyat vasitələri suyun altından çıxarılıb.

Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, son günlərdə yağan güclü yağışlar və çaylarda suyun artması nəticəsində rayonun 3 müxtəlif kəndində  körpüləri sel dağıdıb. Hazırda dəyən ziyanın aradan qaldırılması və körpülərin təmiri istiqamətində işlər aparılır.


Quba və Ağstafada güclü yağış körpüləri uçurdu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020
    Məğlubiyyət daha bir yüksək rütbəli məmuru yıxdı: Ermənistanın müdafiə naziri də istefa verdi
    Bu barədə “Aravot” qəzeti öz mənbələrinə istinadən məlumat verib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ