Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:9.08.2022 13:11:32

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin maliyyə dəstəyilə Gürcüstanın 12 regionunda Qarabağ və Aşura şəhidlərinin adına ehsan süfrəsi qurulub və paylanılıb.

Bunu Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov İslamazeri.com-a açıqlamasında bildirib.

O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin maliyyə dəstəyilə Gürcüstanın 12 regionunda Qarabağ və Aşura şəhidlərinin adına ehsan süfrəsi qurulub və paylanılıb.

Ramin İgidov deyib: “Ruhanilərimiz və fəalların təşkilati dəstəyilə QMİ tərəfindən ayrılan vəsaitlə azərbaycanlıların yaşadığı ümumilikdə paytaxt da daxil olmaqla 12 regionda (Tbilisi, Rustavi, Qardabani, Kaspi, Msxeta, Marneuli, Bolnisi, Dmanisi, Laqodexi, Saqareco, Ağbulaq və Calqa) ehsan süfrəsi təşkil etdik. İnşallah qəbul olsun. Fürsətdən istifadə edib Qafqaz Müsəlmanları İdarəsinə təşəkkür edirəm. Həmçinin bu ehsanın təşkilatçılığını boynuna götürən ruhanilərimizə də minnətdarlığımı bildirirəm”.

GMİ şeyxi R.İgidov Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təqdim olunan ehsanların davam etdiyini önə çəkib.


QMİ tərəfindən Gürcüstanın 12 regionunda Qarabağ və Aşura şəhidlərinin adına ehsan süfrələri qurulub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ