Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:24.07.2022 12:35:16

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və və onu müşayiət edən nümayəndə heyəti bu gün Tbilisi Cümə məscidini ziyarət edib və Gürcüstan Müsəlmanları İdarəsində olub.

Bu barədə İslamazeri.com-a Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib.

Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və və onu müşayiət edən nümayəndə heyəti bu gün Tbilisi Cümə məscidini ziyarət edib və Gürcüstan Müsəlmanları İdarəsində olub.

Öncə məsciddə qonaqları qarşılayan Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Qərbi Gürcüstanın müftisi Adam Şantadze onlara məscidin tarixi, burada saxlanılan nadir tarixi, mədəni və mənəvi abidələr barədə məlumat verib.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri ilə birgə görüş keçirilib. Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri qonaqlara Gürcüstandakı müsəlmanların dini sahədə vəziyyəti, İdarənin amal və məqsədi, son illərdə gördüyü işlər və gələcək proqramları haqda məlumat veriblər. Azərbaycana səfərlərini xatırladıb, səfərdən dolayı və orada göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür ediblər.

Şeyxülislam A.Paşazadə Gürcüstanın azərbaycanlı icmasının dövlətçilik naminə gördüyü işləri yüksək qiymətləndirib. O, din xadimlərinə müharibə zamanı Azərbaycana göstərdikləri dəstəyə və işğaldan azad olunan Qarabağ torpaqlarını ziyarətə görə minnətdarlığını bildirərək qeyd edib ki, bu səfər Azərbaycanda çox yüksək dəyərləndirilib.

QMİ sədri və GMİ-nin rəhbər şəxsləri ilə görüşdə Gürcüstan hökumətinin müsəlman icmasına qayğı və dəstəyindən söz açılıb, Gürcüstan və Azərbaycan arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Sonra məsciddə camaat halında günorta namazı qılınıb.


QMİ sədri Allahşükür Paşazadə Gürcüstan Müsəlmanları İdarəsində olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsti hava şəraiti avqustun 20-dək davam edəcək
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
     15.08.2022
    Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ