EURO 1,9874 NEFT 73,93
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:30.09.2017 13:28:02

QlobalTV-nin "Hidayət çırağı" verilişinin qonaqları ilahiyyatçı Hacı Şahin Həsənli, şair Arif Buzovnalı və ilahiyyatçı Hacı Valeh Nəsirov olub

İslamazeri.com xəbər verir ki, verilişdə qonaqlara ünvanlanan suallar belə olub:

Hacı Şahinin cavablandırdığı suallar:

 1. İmam Hüseyn (ə) niyə Yezidə beyət etmədi? Söhbət yalnız bir şəxsin başqa bir şəxsə tabe olmamasından gedir, yoxsa burada daha dərin mənalar gizlənir? İki zidd tərəf – İmam Hüseyn (ə) və Yezid nəyin simvollarıdır?

 2. İmam Hüseyn (ə) nəyə görə, hansı dəyərlərin uğrunda qiyam etdi?

 3. Niyə İmam Hüseyni (ə) Kərbəlada tək qoydular? Niyə o həzrətin səsinə səs verənlər bu qədər az oldu?

 4. Sizin fikrinizcə təziyə məclislərimizdə maarifləndirməyə daha çox diqqət yetirmək lazımdır, yoxsa faciənin təsvirinə?

 

Hacı Arif Buzovnalının cavablandırdığı suallar:

 1. Cəmiyyətin islahında, insanlara müsbət dəyərlərin aşılanmasında mühərrəm ədəbiyyatının rolunu necə dəyərləndirirsiniz?

 2. Məhərrəm ədəbiyyatının xarakteri və növləri barədə qısa məlumat verin.

 3. Hətta sovet hakimiyyəti də xalqımızın yaddaşından mühərrəmlik mərasimini çıxara bilməyib. Bunun səbəbini nədə görürsünüz? Aşura qiyamındakı bu bərəkət haradandır?

 4. Təziyə məclislərimizdə klassik şeirlərə üstünlük verilməsini daha məqsədəuyğun sayırsınız, yoxsa müasir nümunələrə?

 

Hacı Valeh Nəsirovun cavablandırdığı suallar:

 1. Təəssüf ki, bəzən Aşura faciəsini iki nəslin düşmənçiliyi şəklində təqdim etməyə çalışırlar və “iki əmoğlunun savaşından bizə nə?” deyirlər. Bəziləri isə deyir ki, İmam Hüseyn (ə) hakimiyyət uğrunda mübarizə aparıb. Bu sözlərə münasibətiniz necədir?

 2. Tarixdə çox qiyamlar və çox faciələr baş verib. Bəs niyə yalnız Aşura faciəsinin ildönümü hər il qeyd edilir?

 3. Aşura hərəkatının özündən sonrakı tarixə hansı təsirləri olmuşdur?

 4. İmam Hüseyn (ə) hərəkatından hansı ibrətli səhnələri xüsusi xatırlatmaq istərdiniz?

 


QlobalTV: Dünyanı dəyişən gün - Aşura - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maradona: Mən fələstinliyəm! - FOTO-VİDEO
    Diyeqo Maradona Mahmud Abbasla görüşüb.
     16.07.2018
    Nardaran sakinindən silah götürülüb
    Nardaran qəsəbə sakinindən silah götürülüb.
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ